4-12-2024, 13:57 703

Nobelin satılmayan imzası, ölümdən qoruyan otaqlar - “Zaman tuneli” olan Bakı kəndindən REPORTAJ

Bakı şəhərinin qədim və zəngin tarixə malik yaşayış yerlərindən biri, Azərbaycanın mədəniyyət tarixində, həmçinin dünyada quruda neft sənayesinin ilk izlərinin görüldüyü Balaxanıya yollanırıq.

Ensiz küçələr, rəngarəng divarlar, nərd oynayan ağsaqqallar, fonda qaynayan samovar, küçədə gəzişən pişiklər, tarixin izlərini daşıyan abidələr və daha nələr-nələr...

Qarşımızda üzərinə “РЕТРОДОМ” yazılan, içərisində qədim əşyaların olduğu mağaza var. Burada sözün əsl mənasında Balaxanının tarixinə aid bir çox faktı görmək mümkündür, hətta Nobel qardaşlarının vaxtilə Marusiya adlı bir xanıma yazdıqları məktubu da...

Kolleksiyaçı İntiqam Quliyev deyir ki, onun kolleksiyaları arasında Balaxanının tarixinə aid çox şey var: “Burada rəssam Səttar Bəhlulzadənin 50 illik yubileyi ilə bağlı tələbələrinin təbrik məktubu, 1916-cı ilə aid Balaxanı Qızlar Məktəbinin attestatı var. Bunları yerli camaatdan əldə etmişəm. Kolleksiyaları satın almaq istəyən xarici vətəndaşlar da olub, amma satmamışam. Çünki düşünmüşəm ki, bunlar Balaxanının tarixidir və Azərbaycanda qalmalıdır”.

Yenidənqurma və bərpa işləri aparılsa da, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsi hələ də öz qədimliyini qoruyub saxlayır. Burada 1912-ci ildə tikilmiş yaşayış evi həmin evin sahibi Durmuşəli Mayılova babalarından miras qalıb. O deyir ki, evin tikilmə tarixi qədim olduğu üçün Balaxanıya gələn ziyarətçilərin çoxu bura baş çəkir. Bu maraq və ata-baba yadigarı olduğu üçün evi söküb yenidən tikməyi heç vaxt düşünməyib .

Balaxanını qarış-qarış gəzərkən sakinlər deyir ki, burada 1941-1945-ci illərdə - İkinci Dünya Müharibəsi dövründə istifadə olunmuş sığınacaq var və həmin sığınacaq hələ də qalır. Bunu eşidər-eşitməz yollanırıq sığınacağın olduğu yerə.

Oranın giriş qapısı vaxtilə açıq olsa da, indi qıfıllanıb və yararsız haldadır.

Beləliklə, bugünkü Balaxanı həm tarixi irsi qorumağa, həm də müasirliklə ayaqlaşmağa çalışır. Son illərdə burada aparılan geniş abadlıq işləri nəticəsində qəsəbənin küçələri təmizlənib, köhnə evlər bərpa olunub. Balaxanı indi həm turistlərin, həm də tarixsevərlərin marağını cəlb edir.

Balaxanı sadəcə bir yaşayış məkanı deyil, həm də Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadi irsini özündə birləşdirən unikal bir yerdir. Keçmiş və gələcəyin harmoniyasını hiss etmək istəyənlər, bir dəfə də olsa, buraya baş çəkməlidirlər.

Daha ətraflı videoreportajda:

Video: Vüqar Xanlarov

Montaj: Bəşir Əli

Paylaş

Xəbər lenti

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Bu gün, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Bu gün, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Bu gün, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Bu gün, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Bu gün, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Bu gün, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Bu gün, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Bu gün, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Bu gün, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Bu gün, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Bu gün, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Bu gün, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Bu gün, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Bu gün, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Bu gün, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Bu gün, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Bu gün, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Bu gün, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Bu gün, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Bu gün, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Bu gün, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Bu gün, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Bu gün, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Bu gün, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Bu gün, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Bu gün, 16:48 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb Bu gün, 16:48 Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO Bu gün, 16:48 Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar Bu gün, 16:48 Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya Bu gün, 15:48 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır Bu gün, 15:48 ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək Bu gün, 15:48 Bakıda kişi sevgilisinin pulunu alıb Dubaya qaçdı Bu gün, 15:48 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? Bu gün, 15:48 Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir Bu gün, 15:48 Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir Bu gün, 15:48 Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq" Bu gün, 14:48 Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq Bu gün, 14:48 Yerli turizm sənayesi nümayəndələri Qarabağa tanışlıq səfəri ediblər Bu gün, 14:48 Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib Bu gün, 14:48 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub Bu gün, 14:48 "Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb Bu gün, 13:48 Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq Bu gün, 13:48 Azərbaycanın bank sektorunun xalis mənfəəti 26 %-ə yaxın artıb Bu gün, 13:48 Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq Bu gün, 13:48 Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 37 %-ə yaxın artıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR