
Bakının Xəzər rayonunda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“AVESTA.AZ” xəbər verir ki, minik avtomobilinin yol kənarında maneəyə çırpılması nəticəsində, nəqliyyat vasitəsində olan sərnişin 1981-ci il təvəllüdlü Mahmudova Sevinc Mirağa qızı xəsarət alıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.