24-12-2024, 16:40 364

Silk Way AFEZCO və FF Construction Silk Way Cargo Village-in birgə inşası üçün razılaşma imzalayıb

Silk Way Alat Free Economic Zone (SW AFEZCO) şirkəti yeni inkişaf mərhələsinə qədəm qoyaraq FF Construction ilə Ələt Azad İqtisadi Zonasında (AFEZ) yerləşən Silk Way Cargo Village karqo kəndinin genişləndirilməsi layihəsinə dair əlamətdar razılaşma imzalayıb. Razılaşma Silk Way Cargo Village karqo kəndinin əsas tərkib hissəsi olacaq üç obyektin – hava nəqliyyatına nəzarət mərkəzi, biznes aviasiyası terminalı və yanğınsöndürmə stansiyasının layihələndirilməsi, mühəndislik işləri və tikintisini əhatə edir.

Hava nəqliyyatına nəzarət mərkəzi hava hərəkətinin mükəmməl idarə olunmasını və təhlükəsizliyini təmin edəcək, müasir radar və rabitə sistemləri ilə yanaşı, enerjiyə qənaətcil və dayanıqlı infrastrukturla təchiz olunacaq. Biznes aviasiya terminalı xüsusi gömrük zonaları, VIP-zallar və perrona birbaşa çıxış ilə özəl aviasiya üçün mükəmməl xidmətlər təqdim edəcək və regional biznes aviasiyası üçün yeni standartlar müəyyən edəcək. Öz növbəsində, yanğınsöndürmə stansiyası qabaqcıl avadanlıq və nəqliyyat vasitələri ilə fövqəladə hallara sürətli cavab verəcək, suyun emalı və təkrar istifadəsi kimi dayanıqlı həllərə müraciət edərək ətraf mühit məqsədlərinə uyğunlaşacaq.

Bu obyektlər yaşıl və dayanıqlı infrastruktur üzrə beynəlxalq standartlara uyğun şəkildə inşa ediləcək. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) texniki dəstəyi "Yaşıl hava limanı" sertifikatının əldə olunmasına töhfə verəcək, yerli tənzimləyici orqanlarla əməkdaşlıq isə hava limanının gələcək inkişafı üçün maksimum səmərəlilik və çevikliyi təmin edəcək.

“Razılaşma Azərbaycanda dünya səviyyəli logistika mərkəzi qurmaq istiqamətində vacib addımdır”, - deyə SW AFEZCO-nun icraçı direktoru Cavad Dbila qeyd edib: “FF Construction ilə əməkdaşlığımız, aviasiya və logistika sahələrində innovativ, effektiv və dayanıqlı həllər təqdim etmək öhdəliyimizi əks etdirir”.

FF Construction şirkətinin direktoru Ayaz Soltanov isə SW AFEZCO ilə bu transformativ layihə üzrə əməkdaşlıqdan son dərəcə məmnun olduğunu bildirib: “Mürəkkəb infrastruktur layihələrinin həyata keçirilməsində geniş təcrübəmiz onu deməyə əsas verir ki, bu obyektlər keyfiyyət və dayanıqlılıq üzrə yeni meyarlar təyin edəcək və Azərbaycanın logistika ekosistemini gücləndirəcək”.

Layihənin 2026-cı ildə tamamlanması planlaşdırılır ki, bu da regional əlaqələri daha da gücləndirəcək və dayanıqlı iqtisadi inkişafa dəstək verəcək.

Silk Way Alat Free Economic Zone

Silk Way Alat Free Economic Zone şirkəti Silk Way Group-a aid müstəqil bir qurumdur və Ələt Azad İqtisadi Zonasında dayanıqlı aviasiya və logistika infrastrukturunu inkişaf etdirir. Şirkət "yaşıl hava limanı və karqo kəndi kimi transformativ layihələri idarə etmək üçün təsis edilib. SW AFEZCO qabaqcıl dayanıqlı texnologiyaları və innovativ logistika həllərini inteqrasiya edərək Azərbaycanın aparıcı tranzit mərkəzi statusunu möhkəmləndirir. Şirkətin təşəbbüsləri milli və beynəlxalq standartlara uyğundur, iqtisadi inkişafı və ekoloji məsuliyyəti təşviq edir.

FF Construction

FF Construction şirkəti 2008-ci ildə Bakıda təsis edilib və Azərbaycanın aparıcı tikinti şirkətlərindən biridir. Şirkət fasad inşaatı, MEP mühəndisliyi və interyer dizaynı sahələrində ixtisaslaşıb. Azərbaycan, Türkiyə, Qətər, Ukrayna, Özbəkistan və digər ölkələrdə fəaliyyət göstərən FF Construction, yüksəkkeyfiyyətli fəaliyyəti və beynəlxalq səviyyədə tanınmış layihələri ilə məşhurdur. Peşəkar mühəndislərdən ibarət komandası ilə şirkət dünya üzrə müştərilərinə dəqiq, innovativ və keyfiyyətli həllər təqdim edir.

Paylaş

Xəbər lenti

Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı Bu gün, 21:48 Madrid derbisində şok nəticə: "Real" "Atletiko"ya uduzdu Bu gün, 21:48 "Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü Bu gün, 21:48 Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq Bu gün, 21:48 Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir" Bu gün, 20:48 Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb Bu gün, 20:48 Bu qəsəbədə təmir işləri aparılacaq Bu gün, 20:48 Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub Bu gün, 20:48 Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır" Bu gün, 19:48 İtaliya məktəblərində xarici şagirdlər və burqa-niqabla bağlı yeni qaydalar hazırlanır Bu gün, 19:48 Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb Bu gün, 19:48 Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib Bu gün, 19:48 Fransada polis təqibində motosikletli gənc ağır yaralandı: 14 avtomobil yandırıldı Bu gün, 18:48 Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb Bu gün, 18:48 Ukraynada anbarların demək olar yarısı məhv edilib Bu gün, 18:48 Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: "Mənə heç nə edə bilməzsiniz" Bu gün, 18:48 Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib Bu gün, 17:48 Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 17:48 Qarabağa qayıdan minlərlə sakin işlə təmin olunub Bu gün, 17:48 Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Bu gün, 16:48 Ağdamda quyudan kişi meyiti tapılıb Bu gün, 16:48 BDYPİ-dən sürücülərə xəbərdarlıq: Sabah bəzi bölgələrdə leysan və dolu olacaq Bu gün, 16:48 Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib Bu gün, 16:48 44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol Bu gün, 16:48 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Bu gün, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Bu gün, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Bu gün, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Bu gün, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Bu gün, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48 Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib Bu gün, 11:48 Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 11:48 Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub Bu gün, 11:48 Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin" Bu gün, 11:48 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib Bu gün, 11:48 Azərbaycanda ilk və yeganə kapibara ferması: "Nəsimi Bağları"nda daha nələr var? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR