5-10-2022, 21:15 959

Puan Maharani:

Beynəlxalq təşkilatlarda Azərbaycanla qarşılıqlı dəstəyi davam etdirəcəyik.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “AVESTA.AZ”a verilən məlumata görə, bunu İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri xanım Puan Maharani oktyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

“Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərində səfərdə olan Sahibə Qafarova görüşdən məmnunluğunu ifadə edərək onu G20 Parlament Spikerlərinin 8-ci Sammitinə dəvət etdiyinə görə Puan Maharaniyə təşəkkür edib. O, bu platformada həm Azərbaycan Respublikası parlamentinin spikeri, həm də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi iştirak etdiyini vurğulayaraq, tədbirin müasir dünyada hər kəsi narahat edən çox aktual mövzulara həsr olunduğunu bildirib.

Parlamentin sədri bu il Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu söyləyib. Sahibə Qafarova müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəyini deyib.

Dövlətlərimizin bir sıra mötəbər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığından danışan Sahibə Qafarova dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmli rol oynadığını qeyd edib. O, qanunvericilik orqanlarının səmərəli əməkdaşlığının daha da genişləndirilməsinin, həmçinin dostluq qrupları səviyyəsində əlaqələrin əhəmiyyətindən bəhs edib, bu əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin önəmli olduğunu qeyd edib. Milli Məclisin sədri bildirib ki, deputatlarımız bir sıra beynəlxalq təşkilatların parlament qurumlarında, o cümlədən Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində səmərəli fəaliyyət göstərirlər.

Milli Məclisin spikeri ərazilərimizin Ermənistan tərəfindən işğalı dövründə İndoneziyanın BMT Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının qəbul etdiyi qətnamələrə qoşulduğunu qeyd edərək, Azərbaycanın haqq işini dəstəkləməsini yüksək qiymətləndirib.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın Qoşulmama Hərəkatında Azərbaycanın təşəbbüslərini dəstəklədiyini də vurğulayıb.

İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri xanım Puan Maharani Milli Məclisin sədri Sahibə Qafarovanı ölkəsində görməkdən məmnunluğunu ifadə edib. O, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, İndoneziya Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır. O, Azərbaycanın ölkəsi üçün xüsusi önəmə malik olduğunu qeyd edərək, deyib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi Cənub–Şərqi Asiyada açılmış ilk səfirliyidir. İkitərəfli əlaqələrin hazırkı inkişafı məmnunluq doğurur. Puan Maharani ümidvar olduğunu bildirib ki, əlaqələrimiz inkişaf etməyə davam edəcək.

Söhbət zamanı Nümayəndələr Palatasının sədri dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin parlamentlərinin əhəmiyyətli rolundan danışıb. İndoneziya parlamentində Azərbaycanın Milli Məclisi ilə əlaqələrə önəm verildiyini bildirib. Qanunverici orqanların qarşılıqlı faydalı əməkdaşlığının, o cümlədən parlamentlərarası dostluq qrupları çərçivəsində əlaqələrin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd edib. O, deyib ki, dostluq qruplarının qarşılıqlı fəaliyyəti, təmas və görüşlərin sıxlaşdırılması əhəmiyyətlidir. Nümayəndələr Palatasının sədri İndoneziya parlamentində fəaliyyət göstərən dostluq qrupunun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bəyanatlarını xatırladıb.

Puan Maharani deyib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Hərəkatın ruhuna, qarşısına qoyduğu hədəflərə uyğundur və İndoneziya Şəbəkənin fəaliyyətini tam dəstəkləyir. Bu platforma bütün üzv ölkələr üçün olduqca faydalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır Bu gün, 00:48 Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc Bu gün, 00:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb Dünən, 23:48 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq Dünən, 23:48 "Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib Dünən, 23:48 Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? Dünən, 23:48 Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 23:48 Ət bazarında qiymətlər niyə dayanmadan artır? Dünən, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Dünən, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Dünən, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda ikinci qolu vurub Dünən, 22:48 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib Dünən, 22:48 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib Dünən, 22:48 Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı Dünən, 21:49 Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar? Dünən, 21:48 Belçika səfiri Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Çakal bacısına 2 milyon 280 minlik avtomobil hədiyyə etdi Dünən, 21:48 Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı Dünən, 21:48 Müğənni Nəfəs: "Sponsor" sözü bizdə pis səslənib" Dünən, 21:48 İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya Dünən, 21:48 Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib Dünən, 20:48 Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama Dünən, 20:48 Mikayıl Cabbarov: "Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400-dən artıq şirkət fəaliyyət göstərir" Dünən, 20:48 Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Dünən, 20:48 Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Dünən, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Dünən, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Dünən, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Dünən, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Dünən, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Dünən, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Dünən, 18:48 Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir" Dünən, 18:48 "Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib? Dünən, 18:48 Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK Dünən, 18:48 Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır" Dünən, 18:48 Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Dünən, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Dünən, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Dünən, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Dünən, 17:48 Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb Dünən, 17:48 Sadır Japarov sabah Azərbaycana səfər edəcək Dünən, 17:48 Rusiyalı psixoterapevt Ukraynada anasının və qızının yanında dəfn olundu Dünən, 17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək Dünən, 17:48 Bakıda bu tibb müəssisələri TƏMİR OLUNACAQ Dünən, 16:49 80 yaşlı Ajda Pekkan: "Kamera qarşısına keçəndə hələ də həyəcanlanıram" Dünən, 16:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR