30-01-2025, 16:20 711

Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: “Deyirlər övladı haradadır?!” - VİDEO

15 ildir daş sexində usta kimi işləyən 63 yaşlı Bülbül Babayeva deyir ki, işi ağır olsa da heç vaxt işdən qorxmayıb, öz zəhməti ilə pulunu qazanıb.

“AVESTA.AZ”a videomüsahibəsində B.Babayeva bildirib ki, hazırda işlədiyi daş sexində çalışan yeganə qadın odur.

“Buradakı bəylər nə iş görürsə mən də onlarla birlikdə o işi görürəm. İstehsal etdiyim məhsulun gözəl alındığını görəndə açığı çox sevinirəm. Baxıram məhsula deyirəm bunu mən etmişəm, bu mənim əlimin əməyidi”.

Onun sözlərinə görə, hətta bir çox müştəri sırf onun əl işi üçün sexə müraciət edirlər: “Elə müştərilər var ki, məni çoxdan tanıyır. Özümə qarşı münasibətin yaxşı, hörmətin böyük olduğunu görürəm. Hərdən sexin TikTok hesabında çıxış edirəm, insanlar əməyimə qiymət verir, haqqımda çox gözəl rəylər yazır. Amma hərdən “bunun övladı haradadır ki, qadın bu ağır işi görür?” deyənlər də olur. Düşünürəm ki, onlara nə deyim. İndi həyatım belə gətirdi, mən bu işlə üç uşaq böyütmüşəm və heç vaxt kiməsə əyilməmişəm”.

B.Babayeva deyir ki, arzusu idman müəllimi olmaq olub: “Təbii ki, mənim də arzularım olub. Uşaq vaxtı idmanı çox sevirdim, hətta bir müddət idmanla da məşğul olmuşam. Arzum idi ki, idman müəllimi olub, amma iş belə gətirdi”.

B.Babayeva işdən qorxan gənclərə də səslənib: “İşdən heç vaxt qorxmamışam. Maşın da yükləmişəm, daş da daşımışam, palçıq da vurmuşam. Hərdən bura boylu-buxunlu oğlanlar gəlir. Bir-iki gün, yaxud bir-iki ay işləyib qaçırlar, deyirlər ağırdır, gücümüz çatmır. Onlara deyirəm ki, mənə baxın örnək götürün. Mən yayı da, qışı da dözürəm, getmirəm. Özü də deyim ki, yayda işləmək daşlar isti olduğuna görə çox çətin olur. Amma dözürəm. Onda deyirəm ki, niyə işdən qorxum, iş məndən qorxsun. Həmişə o oğlanlara deyirəm ki, qorxmayın və iş yoxdur deməyin, iş həmişə var, elə buyurub gəlsin mənimlə birgə işləsin. Bircə onu bilsinlər ki, insan işlədikcə bədən də ölmür, həmişə gümrah qalır”.

Daha ətraflı videomaterialı təqdim edirik:

Video: Vüqar Xanlarov

Paylaş

Xəbər lenti

Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Bu gün, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Bu gün, 16:48 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb Bu gün, 16:48 Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO Bu gün, 16:48 Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar Bu gün, 16:48 Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya Bu gün, 15:48 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır Bu gün, 15:48 ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək Bu gün, 15:48 Bakıda kişi sevgilisinin pulunu alıb Dubaya qaçdı Bu gün, 15:48 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? Bu gün, 15:48 Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir Bu gün, 15:48 Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir Bu gün, 15:48 Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq" Bu gün, 14:48 Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq Bu gün, 14:48 Yerli turizm sənayesi nümayəndələri Qarabağa tanışlıq səfəri ediblər Bu gün, 14:48 Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib Bu gün, 14:48 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub Bu gün, 14:48 "Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb Bu gün, 13:48 Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq Bu gün, 13:48 Azərbaycanın bank sektorunun xalis mənfəəti 26 %-ə yaxın artıb Bu gün, 13:48 Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq Bu gün, 13:48 Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 37 %-ə yaxın artıb Bu gün, 13:48 Ötən gün 25 nəfər saxlanılıb Bu gün, 13:48 Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib Bu gün, 13:48 Azərbaycan-Gürcüstan sərhədində SON VƏZİYYƏT Bu gün, 13:48 İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST Bu gün, 12:48 Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş Bu gün, 12:48 Tanınmış vəkilin məmur qardaşı ağır xəstəlikdən öldü Bu gün, 12:48 Azərbaycanda bu ad cəmi 3 uşağa verilib Bu gün, 12:48 Azərbaycanda 7 ayda dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib Bu gün, 12:48 İllərin dostluğunu pozan mahnı: "Laçınım"ın müəllifi gizli məqamlardan danışdı Bu gün, 12:48 Bu şəhərin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 12:48 Çempionlar Liqası: "Sabah" təsnifat mərhəsinin ən intizamlı komandası olub Bu gün, 12:48 Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırılıb Bu gün, 12:48 Xırdalanda körpə 7-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 11:48 Prezident İlham Əliyev "Sabah"ı təbrik edib Bu gün, 11:48 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ Bu gün, 11:48 Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər Bu gün, 11:48 Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ Bu gün, 11:48 Bu il ali məktəbə qəbul olunan ən yaşlı tələbənin 58 yaşı var Bu gün, 11:48 Tamstore 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub Bu gün, 11:48 Türkiyəli teleaparıcı: Media Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır Bu gün, 11:48 Bakıda avtobus 3 maşını əzib hasara çırpıldı Bu gün, 11:48 Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB Bu gün, 10:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə Baş Dövlət Yol Polisi İdarəsindən REAKSİYA Bu gün, 10:48 Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR