
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
"AVESTA.AZ"un Şimal bürosunun məlumatına görə, hadisə Qaraçı kəndində qeydə alınıb.
Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb, daha sonra onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü S.Məmmədovanı isə avtomobillə vurub.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.