
ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "Harry Truman” Misir sahillərində ticarət gəmisi ilə toqquşub.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "Breaking Defence" portalı ABŞ-nin 6-cı donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.
Toqquşma təyyarədaşıyan gəmi üçün təhlükə yaratmayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Hadisə ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.