19-02-2025, 14:00 606

Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilir

Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilir.

“AVESTA.AZ” xəbər verir ki, bununla bağlı “Baytarlıq haqqında” qanuna dəyişiklik təklif olunur.

Layihə Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, "Baytarlıq haqqında" qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir.

Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilmiş və qeydiyyatın Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği"nə uyğun olaraq ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.

Digər tərəfdən baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün "Dövlət rüsumu haqqında qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir.

Layihəyə əsasən, qeyd olunanlar göstərir ki, mövcud qanunvericilik bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməsini təsbit edir ki, bu da onların vəziyyətini ağırlaşdıran hal kimi müəyyən edilir.

Həmin mürəkkəbliyin aradan qaldırılması üçün müvafiq qanun layihəsi təklif olunmuşdur. Belə ki, layihəyə əsasən heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ayrıca qaydalarla deyil, lisenziya verən orqanın (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin) "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanı (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən həyata keçiriləcək və qeydiyyatla bağlı yaranan xərclər ləğv ediləcəkdir.

Qanun layihəsində vurğulanıb ki, məlumatların təqdim edilməsi "Lisenziyalar və icazələr haqqında" qanunda öz əksini tapır. Belə ki, lisenziya verən orqan (İqtisadiyyat Nazirliyi) verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına (bioloji preparatların istehsalı fəaliyyətinə münasibətdə AQTA-ya) göndərir.

Beləliklə, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının İqtisadiyyat Nazirliyinin "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.

Paylaş

Xəbər lenti

Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib Bu gün, 21:48 Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb Bu gün, 21:48 Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb" Bu gün, 21:48 "Evdə tək 2" filminin ulduzu vəfat edib Bu gün, 21:48 Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb Bu gün, 21:48 Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Bu gün, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Bu gün, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Bu gün, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Bu gün, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Bu gün, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Bu gün, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Bu gün, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Bu gün, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Bu gün, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Bu gün, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Bu gün, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Bu gün, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Bu gün, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Bu gün, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Bu gün, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Bu gün, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Bu gün, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Bu gün, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Bu gün, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Bu gün, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Bu gün, 17:48 Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib Bu gün, 17:48 Fuad Hüseynəliyev: Media Azərbaycan və Özbəkistan xalqlarını yaxınlaşdırır Bu gün, 17:48 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU Bu gün, 17:48 Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı Bu gün, 16:48 Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb Bu gün, 16:48 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb Bu gün, 16:48 Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO Bu gün, 16:48 Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar Bu gün, 16:48 Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya Bu gün, 15:48 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır Bu gün, 15:48 ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək Bu gün, 15:48 Bakıda kişi sevgilisinin pulunu alıb Dubaya qaçdı Bu gün, 15:48 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? Bu gün, 15:48 Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir Bu gün, 15:48 Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir Bu gün, 15:48 Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq" Bu gün, 14:48 Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq Bu gün, 14:48 Yerli turizm sənayesi nümayəndələri Qarabağa tanışlıq səfəri ediblər Bu gün, 14:48 Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib Bu gün, 14:48 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR