
Məşhur müğənni İbrahim Tatlısesin qızı Dilan Çıtak Tatlısesin boşandığı bildirilib.
BAKU.WS xəbər verir ki, buna səbəb 3 ildir Levent Dörterlə evli olan Dilanın sosial şəbəkədə etdiyi paylaşım olub.
O şəxsi instaqram hesabında "Oyan, bu gün səni yeni başlanğıclar gözləyir" sözlərini yazaraq müzakirələr yaradıb.
Bundan sonra Levent də "Sevdiyin birini tərk etmək ən çətin şeydir. Bu həm də həyatın bir çox amansız paradokslarından biridir. Özünüzü tapmaq üçün bəzi insanları itirməlisiniz"-deyə sosial şəbəkə hesabında qeyd edib.
Cütlüyün bu paylaşımları onlar haqqından ayrılıq xəbərlərinin yayılmasına səbəb olub. Dilanla Dörter bu barədə heç bir açıqlama verməyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.