27-02-2025, 10:48 541

Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və bütün partiyadaşlarınızı səmimi-qəlbdən təbrik edirəm.

Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün Türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir.

Bu xüsusda, Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyimi ifadə etmək istərdim.

Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə – dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur.

Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir.

Əziz Qardaşım,

Bir daha Sizə, eləcə də Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, partiyanın işinə böyük uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq arzulayıram".

Paylaş

Xəbər lenti

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48 166 nömrəli avtobuslardan şikayət var – "Sanki motosikletdə gedirik" Bu gün, 12:48 Bakıda avtobus ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb Bu gün, 12:48 Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq Bu gün, 11:48 "Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb Bu gün, 11:48 Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir Bu gün, 11:48 İstanbul və Ankara bayrağımızla bəzəndi Bu gün, 11:48 İlham Əliyev Kamboca Kralını təbrik edib Bu gün, 11:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər Bu gün, 11:48 Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb Bu gün, 10:48 Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb Bu gün, 10:48 Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava Bu gün, 10:48 Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb Bu gün, 09:48 "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib Bu gün, 09:48 Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında Bu gün, 09:48 Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı Bu gün, 09:48 Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 09:48 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb Bu gün, 09:48 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 08:48 9 Noyabr – Dövlət Bayrağı Günüdür Bu gün, 00:48 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir Dünən, 23:48 Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub Dünən, 23:48 SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 23:48 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 23:48 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Dünən, 22:48 Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir? Dünən, 22:48 "Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb Dünən, 22:48 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" Dünən, 22:48 Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Dünən, 21:48 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər Dünən, 21:48 Türkiyədə məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı Dünən, 21:48 Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər Dünən, 21:48 Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR