12-03-2025, 16:48 539

Xəzərə balıq körpələrinin buraxılması prosesi niyə dayandırılıb?

Ölkəmiz Xəzər dənizinə çıxışı olan beş dövlətdən biridir. Bu isə tarixən balıqçılığın geniş inkişaf etməsinə şərait yaradıb. Son illər isə bazarlarda yerli balıqların azalması, qiymətlərin bahalaşması narahatlıq doğurur. Xaricdən idxal olunan balılarla yerli məhsulların qiyməti demək olar ki bir-birindən fərqlənmir. Hazırda bazarlarda Həştərxandan gətirilən balıqlar satılır ki, qiymətləri kifayət qədər sərfəlidir.

Bu zaman isə ortaya belə bir sual çıxır. Xəzər eyni Xəzərdirsə, bəs bizdə niyə o balıqdan yoxdur?

Məsələ ilə bağlı Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanov AVESTA.AZ-in suallarını cavablandırıb. 

Onun sözlərinə görə, uzun illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən 11 balıqartırma müəssisəsi balıq körpələrinin artırılması və təbii su hövzələrinə buraxılması ilə məşğul idi. Lakin Muxtar Babayevin ekologiya naziri olduğu dövrdə bu müəssisələr özəlləşdirməyə açıldı və nəticədə 9-u ya satıldı, ya da ümumiyyətlə fəaliyyətini dayandırdı. Hazırda isə cəmi 2 müəssisə mövcuddur və onların da balıq körpələrini su hövzələrinə buraxmadığı bildirilir.

"Nazirlik bu sahəni iqtisadi baxımdan qeyri-effektiv hesab etsə də, mütəxəssislər bunun doğru yanaşma olmadığını düşünürlər. Onların fikrincə, Xəzəryanı ölkələrin əksəriyyəti dövlət dəstəyi ilə balıqartırma prosesini davam etdirir və bu, su ehtiyatlarının qorunmasına böyük töhfə verir. Mütəxəssislər vurğulayırlar ki, təbiətin balansını qorumaq üçün balıq körpələrinin buraxılması yol kənarına ağac əkməyə bənzəyir – məqsəd iqtisadi qazanc deyil, ekosistemin qorunmasıdır", - deyə Z. Salmanov deyib.

Sədr onu da qeyd edib ki, bu gün balıqartırma fəaliyyəti mütləq olmalıdır. Sözügedən sahəyə dövlət dəstəyi verilməlidir.

Zaur Salmanovun fikrincə, sahə ilə bağlı müəyyən müsbət dəyişikliklər də müşahidə olunmaqdadır:

"Ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə balıqçılıq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Artıq assosiasiya ilə nazirlik arasında əməkdaşlıq başlayıb və bu qurumun sahibkarların təkliflərinə daha obyektiv yanaşdığı qeyd edilir. Salmanov hesab edir ki, qarşıdakı 3-5 il ərzində bu sahədə mühüm irəliləyişlər müşahidə oluna bilər".

Paylaş

Xəbər lenti

"Kupça"sız evə bu yolla sənəd almaq olar Bu gün, 10:48 Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib Bu gün, 10:48 Məşhur meyxanaçı vəfat etdi Bu gün, 10:48 Qərbi Azərbaycan həqiqətləri: Əkərək kəndinin tarixi və demoqrafiyası Bu gün, 10:48 XRİTDX rəis müavini: "Rəqəmsal təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq vacibdir" Bu gün, 10:48 Donald Tramp: "Paris tezliklə müsəlman şəhərinə çevriləcək" Bu gün, 10:48 Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI Bu gün, 10:48 Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var Bu gün, 10:48 Təcili yardım beyninə qan sızan xəstənin çağırışına niyə gəlməyib? - TƏBİB açıqladı Bu gün, 10:48 Uşaq meydançasında təhlükəli çökmə Bu gün, 09:48 Dünya bazarında "Brent" və "WTI" neftinin qiyməti bahalaşdı Bu gün, 09:48 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar Bu gün, 09:48 Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib Bu gün, 09:48 DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib Bu gün, 09:48 Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə SES tikilir Bu gün, 09:48 Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR Bu gün, 08:48 Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var Bu gün, 08:48 "Sabah" Bakıda "Borussiya Dortmund"la qarşılaşacaq Bu gün, 08:48 "Kızılcık şerbeti"ndən uzaqlaşdırıldı Bu gün, 08:48 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama Bu gün, 08:48 Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır Dünən, 23:48 Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Dünən, 23:48 Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI Dünən, 23:48 Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək Dünən, 23:48 Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF Dünən, 23:48 Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib Dünən, 23:48 Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılış mərasimindən paylaşım edib Dünən, 22:48 Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb Dünən, 22:48 Tanınmış həkim dünyasını dəyişdi Dünən, 22:48 Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi Dünən, 22:48 Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb Dünən, 22:48 Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır" Dünən, 21:48 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu Dünən, 21:48 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb Dünən, 21:48 İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Dünən, 21:48 Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF Dünən, 21:48 ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? Dünən, 21:48 Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı Dünən, 21:48 Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur Dünən, 21:48 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Dünən, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR