14-04-2025, 19:48 443

Bünövrədən, yoxsa hazır binadan: hansı mənzilləri almaq daha sərfəlidir?

Hüquqi baxımdan çıxarışı olan binadan mənzil almaq daha məqsədə müvafiqdir.

AVESTA.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

O qeyd edib ki, belə mənzillərin gələcəkdə hüquqi problemləri ortaya çıxmayacaq.

"Çıxarışı olmayan binalardan mənzil alan şəxslər sonradan böyük problemlərlə üzləşirlər. Hazırda da bu problemlər var. Bütün tələb olunan sənədlər müvafiq icra qurumlarına təqdim edildikdən sonra bina qanunlara və normativ sənədlərə uyğun inşa edilibsə həmin bina təhvil-təslim aktı ilə təmin edilir. Belə olduğu halda müvafiq əmlak xidməti binada mənzil alan şəxslərə mülkiyyət sənədi təqdim edir.

Əgər vətəndaş dəqiqləşdiribsə, tikinti şirkətinin bütün sənədləri yerindədir və bina hazır olandan sonra mənzilinə çıxarış alacaq belə binalardan da mənzil almaq olar. Adətən bünövrədən mənzil alanların əksəriyyəti investisiya məqsədi ilə alanlardır. Əgər bu gün hər hansı şəxsə təcili mənzil lazımdırsa, o hazır mənzil alır. Lakin investisiya qoyaraq gələcəkdə daşınmaz əmlakın qiymətinin bahalaşacağını nəzərə alaraq bünövrədən mənzil alırlar. Bu da bazarda təməldən olan mənzillərin populyar olmasına gətirib çıxarır. Əvvəllər sənəd təqdim olunmadığına və tikintisi başa çatmadığına görə, həmin mənzilləri alarkən insanlar tərəddüd edirdi. Çünki bununla bağlı insanlar bir çox problemlər yaşayır. Bəzi tikinti şirkətləri pulları alaraq binanın tikintisini başa çatdırmayıblar. Elə olub ki, bina tikintisi başa çatsa da, təhvil-təslim aktını əldə etmək mümkün olmayıb. Normativ qaydalara uyğun tikinti aparılmadığından müvafiq dövlət qurumları tərəfindən binalara çıxarışlar təqdim olunmayıb. İndiki halda vətəndaş təməldən mənzil alırsa tikinti şirkətinin sənədləri ilə tanış olmalıdır", - o deyib.

Ekspert qeyd edib ki, həmin ərazinin ümumi bir çıxarışı olmalıdır:

"Sonra həmin sənəddən müvafiq hissələr bölünməlidir və ayrılmalıdır. Bu baxımdan məsləhət görürəm ki, vətəndaşlarımız bu məsələdə konsaltinq şirkətləri ilə birgə həll etsinlər. Hər hansı bir problem olarsa da, konsaltinq şirkəti müqavilə əsasında yarana biləcək problemi öz üzərinə götürsün. Hüquqi cəhətdən aydınlaşdırsın. Gələcəkdə mənzil tikintisinin başa çatdırılmasından sonra hər hansı sənədin alınıb-alınmaması ehtimalı varsa vətəndaş həmin mənzili almasın".

V. Oruc bildirib ki, sərfəlilik baxımından əvvəllər təməldən olan tikililər daha ucuz idi.

"Tutaq ki, hər hansı bir ərazidə hazır binalarda 1 kvadrat 2.000 idisə, təməl binalarda 1.500-1.600 manat idi. Bu da vətəndaşların büdcələrinə uyğun olurdu. Buna görə də təməl tikintilərə üstünlük verirdilər. Amma indiki halda daşınmaz əmlak biznes məqsədli olduğuna görə hətta təməl tikintilər bəzi yerlərdə daha yüksək qiymətə təklif olunur. Bu zaman sahibkarlar nəzərə alırlar ki, hazır binalar bu gün satılır. Təməl tikililər isə altı ay və yaxud bu il sonra satılacaq. Həmin dövrdə həm iqtisadi durum, həm manatın alıcılıq qabiliyyəti, eyni zamanda daşınmaz əmlakın qiymətində baş verə biləcək dəyişikliklər, proqnozlar və s. bunları hesablayaraq, əgər hazır bina 2.000 manatdırsa təməl tikililər 2.500 manata təklif olunur. Elə yerlər var ki, təməl tikililər hətta 4.000 manata təklif olunur", - o əlavə edib.

Daşınmaz əmlak satışı ilə məşğul olan Fuad Yusifov isə Trend-ə qeyd edib ki, tikintisi hələ davam edən binalarda müəyyən qeyri-müəyyənliklər, tikinti keyfiyyəti ilə bağlı problemlər, çətinliklər ola bilər.

"Hazır binalarda isə bu risklər artıq minimuma enmiş olur. Hazır binalarda qiymətlər, xüsusilə yüksək tələbat olan ərazilərdə, bünövrədən tikilən binalara nisbətən daha yüksək ola bilər. Adətən, bünövrədən mənzil almaq hazır mənzil almağa nisbətən daha sərfəli ola bilər. Çünki bu zaman hələ tikinti prosesi davam edir və qiymətlər hələ tam olaraq bazar qiyməti deyil. Tikinti mərhələsində mənzili öz istəklərinizə uyğun dəyişdirmək, daxilindəki materialları seçmək, planlaşdırmanı öz tələblərinizə uyğunlaşdırmaq imkanı var. Tikinti bitdikdən sonra binanın dəyəri artacaq və mənziliniz daha qiymətli ola bilər. Bu, gələcəkdə sərfəli investisiya ola bilər", - o deyib.

F.Yusifov qeyd edib ki, bünövrə mərhələsində olan binaların da bir çox riskləri var:

"Tikinti bir neçə il çəkə bilər. Həmçinin, təxirəsalmalara görə müəyyən çətinliklər yarana bilər və ya tikinti keyfiyyəti layihə ilə bağlı problem yaşana bilər. Bundan əlavə, tikinti şirkətinin güvənilirliyi də vacibdir. Tikinti şirkəti ilə müqavilə bağladığınız zaman, ödəmələr mərhələli olur və hər hansı bir gecikmə və ya dəyişiklik zamanı əlavə maliyyə yükü ola bilər.

Əgər büdcəniz məhduddursa, bünövrədən mənzil almaq daha sərfəli ola bilər. Əlavə olaraq, tikinti davam etdiyi üçün qiymətlər daha sərfəli ola bilər. Əgər artıq yaşayışa başlamaq istəyirsinizsə və vaxtınız məhduddursa, hazır bina almaq daha sərfəlidir.Əgər uzunmüddətli sərmayə qoyuluşu edirsinizsə və qiymət artımı ilə maraqlanırsınızsa, bünövrədən mənzil almaq daha sərfəli ola bilər. Tikinti bitdikcə, qiymətlər arta bilər".

O əlavə edib ki, tikintisi hələ davam edən binalarda müəyyən qeyri-müəyyənliklər, tikinti keyfiyyəti ilə bağlı problemlər, çətinliklər ola bilər. Hazır binalarda isə bu risklər artıq minimuma enmiş olur.

"Hazır binalarda qiymətlər, xüsusilə yüksək tələbat olan ərazilərdə, bünövrədən tikilən binalara nisbətən daha yüksək ola bilər. Adətən, bünövrədən mənzil almaq hazır mənzil almağa nisbətən daha sərfəli ola bilər. Çünki bu zaman hələ tikinti prosesi davam edir və qiymətlər hələ tam olaraq bazar qiyməti deyil. Tikinti mərhələsində mənzili öz istəklərinizə uyğun dəyişdirmək, daxilindəki materialları seçmək, planlaşdırmanı öz tələblərinizə uyğunlaşdırmaq imkanı var. Tikinti bitdikdən sonra binanın dəyəri artacaq və mənziliniz daha qiymətli ola bilər. Bu, gələcəkdə sərfəli investisiya ola bilər.

Bünövrə mərhələsində olan binaların da bir çox riskləri var. Tikinti bir neçə il çəkə bilər. Həmçinin, təxirəsalmalara görə, müəyyən çətinliklər yarana bilər və ya tikinti keyfiyyəti layihə ilə bağlı problem yaşana bilər. Bundan əlavə, tikinti şirkətinin güvənilirliyi də vacibdir. Tikinti şirkəti ilə müqavilə bağladığınız zaman, ödəmələr mərhələli olur və hər hansı bir gecikmə və ya dəyişiklik zamanı əlavə maliyyə yükü ola bilər.

Əgər büdcəniz məhduddursa, bünövrədən mənzil almaq daha sərfəli ola bilər. Əlavə olaraq, tikinti davam etdiyi üçün qiymətlər daha sərfəli ola bilər. Əgər artıq yaşayışa başlamaq istəyirsinizsə və vaxtınız məhduddursa, hazır bina almaq daha sərfəlidir.

Əgər uzunmüddətli sərmayə qoyuluşu edirsinizsə və qiymət artımı ilə maraqlanırsınızsa, bünövrədən mənzil almaq daha sərfəli ola bilər. Tikinti bitdikcə, qiymətlər arta bilər.

Son nəticə olaraq, seçim sizin şəxsi ehtiyaclarınıza, maliyyə imkanlarınıza və gələcək planlarınıza əsaslanmalıdır. Hər iki variantın öz müsbət və mənfi cəhətləri olduğundan, bunları diqqətlə qiymətləndirmək vacibdir", - Yusifov vurğulayıb.

Paylaş

Xəbər lenti

11 sentyabr terror aktı ilə bağlı yeni şahid ortaya çıxıb Bu gün, 15:48 Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Türk dövlətləri arasında TÜRKPOL yaradılır Bu gün, 15:48 Tıxacdan çıxmaq istəyərkən əks istiqamətə keçib tıxacı daha da artırdılar Bu gün, 15:48 NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib Bu gün, 15:48 Yeni tədris ilində 48 məktəb distant təhsilə keçəcək Bu gün, 15:48 "Ağıllı su şəbəkələri" tətbiq olunacaq Bu gün, 15:48 "Bank Respublika" "Access Bank"ı alır Bu gün, 15:48 Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Ananın qolları olmayan körpədən imtina səbəbi: Vətəndaşlardan sərt reaksiya Bu gün, 15:48 Naxçıvanda 250 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı içkilər açıqlanıb Bu gün, 14:48 Dərsliklərdəki problemlər parlamentdə müzakirə olunacaq - Nazir deputata nə deyib? Bu gün, 14:48 Rövşən Nəcəf: "Azərbaycanla Türkiyənin enerji tərəfdaşlığı strateji tərəfdaşlığın mühüm hissəsidir" Bu gün, 14:48 Xankəndidə yaşayan əhalinin sayı açıqlandı Bu gün, 14:48 Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb Bu gün, 14:48 Bank soyğunu cəmi bir neçə dəqiqə çəkdi: İşçilərin üzünə bibər tozu atdı Bu gün, 14:48 Nazir: "Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub" Bu gün, 14:48 Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb Bu gün, 14:48 Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi Bu gün, 14:48 Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağa ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb Bu gün, 14:48 Maqdalena Qrono: Aİ Bakı və İrəvan arasında sülh prosesindəki müsbət dinamikanı alqışlayır Bu gün, 14:48 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işinə başlayıb Bu gün, 13:48 Azərbaycanda bakalavr təhsili üçillik olacaq? - Təklif verildi Bu gün, 13:48 Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik Bu gün, 13:48 Aktrisa bu səbəbdən polisə müraciət etdi Bu gün, 13:48 Milli Məclisdə magistraturada təhsilin bir ilə endirilməsi təklif edilib Bu gün, 13:48 Kofein qocalmanı ləngidə bilirmiş Bu gün, 13:48 GÜLAY "Vur ürəyim"i təqdim etdi Bu gün, 13:48 "UĞUR 777"də bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün Hepatit C virusuna yoluxma olub - MƏHKƏMƏ Bu gün, 13:48 Suraxanıda mağaza və evləri qarət edən şəxs yaxalandı Bu gün, 12:48 Milli Məclis Azərbaycan-Qırğızıstan müttəfiqlik sazişini ratifikasiya edəcək Bu gün, 12:48 Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək Bu gün, 12:48 Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır Bu gün, 12:48 Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib Bu gün, 12:48 Konqoda məktəblərə yayılan yanğında 29 şagird ölüb Bu gün, 12:48 Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu Bu gün, 12:48 Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək Bu gün, 12:48 Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib Bu gün, 12:48 Azərbaycanda ictimai binalar və qurğulara dair layihələndirmə normaları təsdiqlənib Bu gün, 11:48 Məşhur aparıcı Türkiyəni tərk edir - SƏBƏB Bu gün, 11:48 Bağçada işləyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ Bu gün, 11:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb Bu gün, 11:48 Qazaxıstan "Avroviziya-2027"yə buraxılmadı Bu gün, 11:48 Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar Bu gün, 11:48 Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR