
Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.
O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.
"Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. "Rəqəmsal məktəb" platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq", - sektor müdiri əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.