12-05-2025, 16:48 361

SOCAR Karbamid zavodu istehsalında

Süni intellekt, robot texnologiyaları və proqnozlaşdırıcı sistemlər sənaye istehsalının gələcəyini necə formalaşdırır?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodu hər zaman mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasında qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərinə əsaslanıb.

Bu barədə BAKU.WS-ə SOCAR-dan bildirilib.

Bildirilib ki, lakin müasir sənaye mühitində yalnız avtomatlaşdırma artıq kifayət deyil.

Zavod son üç ildə bu sahədə ciddi nailiyyətlər əldə edib. SOCAR "Caspian AI Institute"u təsis edərək mövcud avtomatlaşdırma texnologiyalarına daxildə inkişaf etdirdiyi süni intellekt modellərini əlavə edib. Bununla da, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı inkişafına nail olunub. Süni intellekt modelləri zavoddan toplanan minlərlə real zaman siqnallarını (real-time signals) təhlil edir, proses davranışlarını öyrənir və özünü təkmilləşdirən, dinamik tövsiyələr təqdim edir. APC (Advanced Process Control) ilə süni intellektin bu sinerjisi optimallaşdırma, dəqiqlik və çeviklik baxımından zavodun daha əvvəl mümkün olmayan səviyyəyə çatmağına imkan verir.

Nəticə olaraq, yalnız daha səmərəli əməliyyatlar deyil, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və inkişaf edən "ağıllı" bir zavod formalaşır.

Süni intellektlə idarə olunan sahənin optimallaşdırılması

Süni intellektə əsaslanan, demək olar ki, tam avtonom idarəetmə sistemimiz artıq ammiak və karbamid bölmələrində qərar qəbuletmə proseslərini istiqamətləndirir. Bu sistem istehsalat dəyişkənliyini təhlil edir, zavodun performans sabitliyini artırır və enerji istehlakını minimuma endirməyə kömək edir.

Zavodun süni intellekt mexanizmləri güclü APC infrastrukturunun üzərində qurulduğundan bu ikipilləli yanaşma fəaliyyətdə səmərəliliyin nəzərəçarpacaq dərəcədə artmasını təmin edir.

2024-cü ildə bu sistem vasitəsilə 13 milyon ABŞ dolları əlavə dəyər, 7 milyon kubmetr təbii qaza qənaət, 1,5 milyon kilovatt/saat elektrik enerjisinə, 70 min ton suya qənaət əldə olunub.

SmartOps 360: "Frontline" üçün texnologiya

Rəqəmsal transformasiya ən təsirli nəticəni istehsalatın ön xəttində göstərir. "SmartOps 360" təşəbbüsü zavodda əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır. "Boston Dynamics"in SPOT robotu ilə avtonom yoxlamaları göstəricilərin toplanmasını, qaz sızmalarının aşkarlanmasını və real vaxt SƏTƏM (Sağlamlıq, Təhlükəsizlik, Ətraf Mühit) monitorinqini icra edir.

10 milyon səhifədən artıq texniki sənədlər üzərində təlim keçmiş SOCAR-ın süni intellekt əsaslı texniki dəstək mütəxəssisi nasazlıqların səbəblərini təhlil edir və texniki personalı yönləndirir, AR (Artırılmış Reallıq) funksiyalı ağıllı eynəklər məsafədən texniki dəstək və texniki xidmətin asanlaşdırılmasını təmin edir.

Dronlar təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunmasını və nəzarət fəaliyyətlərinin daha tez-tez həyata keçirilməsinə imkan verir. Simulyasiya əsaslı operator təlimləri işə uyğunlaşdırmanı sürətləndirir və davamlı bacarıq inkişafına dəstək olur.

Bu texnologiyalar fasilələrin qarşısını alır, təhlükəsizliyi artırır və işçiləri real vaxtda məzmunla bağlı məlumatlarla təmin edir.

Miqyaslı Proqnozlaşdırıcı Texniki Xidmət

Zavodun ən vacib avadanlıqları üzərində proqnozlaşdırıcı texniki xidmət modelləri tətbiq edilib. Bu ağıllı siqnal modelləri vibrasiya, temperatur, təzyiq və axın məlumatlarını fasiləsiz təhlil edərək, nasazlıqları əvvəlcədən müəyyənləşdirir.

Bu sistem tam avtomatlaşdırılıb və texniki xidmət prosesləri ilə inteqrasiya olunub – avtomatik iş sifarişləri yaradır və həm profilaktik, həm də vəziyyətə əsaslanan texniki xidmət strategiyalarını dəstəkləyir.

Enerji və Emissiyaların Optimallaşdırılması

Səmərəlilik və davamlılıq transformasiyamızın əsasını təşkil edir. Süni intellektlə təchiz olunmuş Enerji Şəbəkəsinin Optimallaşdırılması Modelimiz (ENOM) zavodun enerji və buxar şəbəkəsini real vaxtda simulyasiya edir və aşağıdakı imkanları təmin edir:

Bu ra real vaxt buxar balansı hesablamaları, avadanlıq səmərəliliyi proqnozları, qazan yüklərinin optimallaşdırılması və ssenari əsaslı optimallaşdırma təklifləri daxildir.

Əlavə olaraq, qaz detektorları, 360 dərəcə kameralar və görüntü tanıma alqoritmləri ilə təchiz olunmuş real vaxtda İEQ (İstixana Effektli Qazlar) emissiyalarının monitorinq sistemi erkən müdaxilə üçün süni intellekt əsaslı qaz sızma aşkarlama modelləri hazırlanıb.

Bu rəqəmsal qat şəffaflığı artırır, resurslardan istifadəni yaxşılaşdırır və ətraf mühit hədəflərinə uyğunluğa dəstək verir.

Rəqəmsal Mədəniyyətin Formalaşdırılması

Bu transformasiya yalnız texnologiya ilə deyil, insanlarla da bağlıdır. Rəqəmsal Akademiyamız vasitəsilə əməkdaşlarımızın 20%-i rəqəmsal bacarıqlar üzrə sertifikat almış, funksiyalararası ideya sessiyalarında 40-dan çox yeni süni intellekt istifadəsi halları müəyyən edilib.

"Caspian AI İnstitutu" ilə əməkdaşlıq çərçivəsində çevik çatdırılma komandaları – biznes, rəqəmsal və mühəndislik sahələrinin birgə çalışdığı komandalar – yaradılmış və SOCAR əməliyyatlarında rəqəmsal həllərin inkişaf etdirilməsi və miqyaslandırılması həyata keçirilib.

Nəticə

SOCAR Karbamid zavodunun rəqəmsal transformasiyası göstərir ki, kimya sənayesi sadəcə avtomatlaşdırmadan kənara çıxaraq adaptiv və ağıllı əməliyyatlara keçə bilər. Qabaqcıl Proses İdarəetməsi sistemlərini daxili hazırlanmış süni intellekt, robot texnologiyaları və proqnozlaşdırıcı texniki xidmət platformaları ilə birləşdirməklə, biz davamlı, resurs-effektiv və gələcəyə hazır istehsal üçün bir nümunə yaradıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda milyardlarla manatlıq iqtisadi hədəflər müəyyənləşdirildi Bu gün, 19:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb Bu gün, 19:48 Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub Bu gün, 19:48 Gəncədə dönər yeyən iki nəfər xəstəxanalıq oldu Bu gün, 19:48 Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb Bu gün, 19:48 Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi Bu gün, 18:48 Tramp ABŞ-də Superkəşfiyyat Qüvvələrinin yaradıldığını açıqladı Bu gün, 18:48 UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər Bu gün, 18:48 Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Bu gün, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Bu gün, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Bu gün, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Bu gün, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Bu gün, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Bu gün, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Bu gün, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Bu gün, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Bu gün, 15:48 Kərim Abbasov üzr istədi Bu gün, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Bu gün, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Bu gün, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Bu gün, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 13:48 Qubada yol tamamilə çökdü Bu gün, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Bu gün, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Bu gün, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Bu gün, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Bu gün, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Bu gün, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Bu gün, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR