
Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsi Füzuli rayonunda yeni inzibati binanın tikintisi ilə bağlı tender elan edib.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, söhbət FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə aid yanğınsöndürmə depo binasından gedir.
Layihənin dəyəri təxminən 3 milyon 659 min 855 manat olaraq qiymətləndirilib.
Tikinti işləri çərçivəsində həm binanın əsas konstruksiyası, həm də istilik və elektrik avadanlıqları quraşdırılacaq. Layihə FHN-in Füzuli rayonunda təhlükəsizlik və operativ yanğınsöndürmə imkanlarını artırmaq məqsədi daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.