28-05-2025, 00:48 317

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.

BAKU.WS xəbər verir ki, 107 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

"Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur".

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumidə Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqlənib.

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəyli - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-i saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Əlimərdan bəy Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə Həsən bəy Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli Xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi "Müstəqillik Günü haqqında" Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunub.

Paylaş

Xəbər lenti

Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub Bu gün, 08:48 Goranboyda sursat anbarında YANĞIN Bu gün, 08:48 Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI Bu gün, 08:48 ABŞ İranın hərbi hədəflərinə zərbə endirib Bu gün, 08:48 Bu gün Bakının iki rayonunda işıq olmayacaq Bu gün, 08:48 Bakıda bu yollarda tıxac yaranıb Bu gün, 08:48 "Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi Bu gün, 08:48 Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48 SEPAH İranın raket hücumu barədə məlumat yayıb Dünən, 22:48 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər Dünən, 22:48 Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Dünən, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Dünən, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Dünən, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Dünən, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Dünən, 21:48 Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Dünən, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Dünən, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Dünən, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Dünən, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Dünən, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Dünən, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Dünən, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Dünən, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Dünən, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Dünən, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Dünən, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Dünən, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Dünən, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Dünən, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Dünən, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Dünən, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Dünən, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Dünən, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Dünən, 18:48 Babək prospektində maşın yanıb Dünən, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR