23-06-2025, 18:48 496

Nazirlər Kabinetində iclas - Vacib qərarlar qəbul edildi

Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması ilə bağlı yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Bu barədə AVESTA.AZ-ə Nazirlər Kabinetindən bildirilib.

İclasda Baş nazirin müavinləri - işçi qrupların rəhbərləri, hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan 44 günlük müharibə və pandemiyadan sonra yaranmış vəziyyətə, yeni şərtlərə və resurslara əsaslanaraq 2021-2030-cu illəri əhatə edən strateji hədəflər müəyyənləşdirib. Bu strateji hədəflər Prezident İlham Əliyevin imzaladığı Sərəncamda 5 Milli Prioritet kimi öz əksini tapıb. Milli Prioritetlərin həyata keçirilməsi məqsədilə dövlət başçısının 2022-ci ildə imzaladığı Sərəncamlarına əsasən "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair I Dövlət Proqram"ı qəbul edilib.

Strategiyanın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb, nəzərdə tutulmuş tapşırıqlar təqribən 78% səviyyəsində icra olunub.

"Böyük Qayıdışa dair I Dövlət Proqram"ının ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.

İclasda Komissiyanın iş reqlamenti müəyyənləşdirilib, görüləcək işlər və yaxın perspektivdə atılacaq addımlarla bağlı müzakirə aparılıb. Prezidentin Sərəncamlarından irəli gələn tapşırıqların maksimum səmərə və keyfiyyətlə, vaxtında icra olunması, alt işçi qrupların iclaslarının ayda 1 dəfədən az olmayaraq keçirilməsi, mütəmadi olaraq işin gedişi haqqında məlumat verilməsi tapşırılıb.

İclasda Strategiya və Dövlət Proqramının hazırlanması və yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirilib.

Baş nazir Əli Əsədov qeyd edib ki, Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli, Strategiya və Dövlət Proqramı hazırlanarkən digər aidiyyəti sənədlər və I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha sonrakı müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır.

Baş nazir vurğulayıb ki, Strategiyadan və Dövlət Proqramından irəli gələn konseptual məsələlərin və yekun layihələrin mərhələlərlə İqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib.

Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli Sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq edilib.

Komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə iki işçi qrup yaradılıb və tərkibi təsdiq olunub, Baş nazirin müavinləri - Ş.Mustafayev və S.Şərifov işçi qrupların rəhbəri təyin edilib.

Strategiyanın hazırlanması məqsədilə 9, Böyük Qayıdış Dövlət Proqramı üzrə isə 4 alt işçi qrup yaradılıb.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən, son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli biznes mühitinin daha da gücləndirilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin olunması üçün məqsədyönlü siyasət və islahat istiqamətlərinin müəyyənləşdirilməsi vacib hesab olunur.

Paylaş

Xəbər lenti

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ Bu gün, 19:48 Sabirabadda AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 19:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər icra olunub Bu gün, 19:48 Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb Bu gün, 19:48 Bakı-Sumqayıt yolundan istifadə edən sərnişinlər üçün YENİLİK Bu gün, 19:48 Bolt for Business Baku Electronics-də yeni Apple məhsullarının satışına dəstək verir Bu gün, 19:48 Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir Bu gün, 19:48 "Tuzlu Kahve"nin çəkildiyi lüks malikanənin sahibi açıqlandı Bu gün, 18:48 Bakıda turist skuterdən yıxılaraq xəsarət alıb Bu gün, 18:48 Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib Bu gün, 18:48 Aytən Səfərova: "İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" Bu gün, 18:48 Sürücülük təlimində ciddi QANUN POZUNTUSU: 17 yaşlı şəxslə əsas yola çıxdı Bu gün, 18:48 Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı Bu gün, 18:48 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA Bu gün, 17:48 FHN əhaliyə hava xəbərdarlığı edir Bu gün, 17:48 Kadir İnanırın pulu və qızılları oğurlandı Bu gün, 17:48 "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib Bu gün, 17:48 Rusiya dronların yığılması üçün 25 minə qədər Şimali Koreya vətəndaşını işə götürür Bu gün, 17:48 Kimsəsizlər evində yaşayan 78 yaşlı aktrisanın SON HALI Bu gün, 17:48 Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq Bu gün, 17:48 74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi Bu gün, 17:48 Rauf Arifoğlu: "Paşinyan istəsəydi, Vardanyanın qarşısını alardı" Bu gün, 17:48 Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək Bu gün, 17:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib Bu gün, 16:48 Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır" Bu gün, 16:48 "Trendyol" sifarişləri gecikir - Quru yolla daşınır? Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb Bu gün, 16:48 Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri ELAN EDİLDİ Bu gün, 16:48 Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib Bu gün, 16:48 Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib Bu gün, 16:48 Sergey Sosedov 58 yaşında vəfat etdi Bu gün, 16:48 Prezident Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb Bu gün, 16:48 Rodri "Barselona"da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı Bu gün, 15:48 BƏƏ İrana uçuşları dayandırdı – ABŞ sanksiyaları əsas gətirildi Bu gün, 15:48 58 yaşlı kişi gəncləşmək üçün Viyetnama getdi, tanınmaz hala düşdü Bu gün, 15:48 Bakının Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA Bu gün, 15:48 DİN-in duracaqlarında nəqliyyat vasitələrinin saxlanılmasının məbləği təsdiqlənib Bu gün, 15:48 Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var Bu gün, 15:48 Həkim səhər yeməyində bu qidalardan uzaq durmağı tövsiyə edib Bu gün, 14:48 "Dubl-Bom"un aparıcısı: "Bir dəfə məni avtobusda yatanda çəkib, verilişə göndərmişdilər" Bu gün, 14:48 "Formula-1": Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb Bu gün, 14:48 Qazaxıstanda təlim zamanı faciə: 9 hərbçi həlak oldu, 10 nəfər axtarılır Bu gün, 14:48 Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu Bu gün, 14:48 Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı Bu gün, 14:48 Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR