1-07-2025, 21:48 319

Milli Məclis: Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.

AVESTA.AZ xəbər verir ki, açıqlamada deyilir:

"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 18 iyun tarixli açıqlamasının davamı olaraq bildirir ki, İran İslam Respublikası ilə İsrail Dövləti arasında baş verən 12 günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikası qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalıb.

Azərbaycan tərəfinin bütün səviyyələrdə verdiyi açıqlamalara baxmayaraq, Komissiyanın apardığı monitorinqlər zamanı qonşu və dost İran İslam Respublikasının ərazisində və ondan kənarda fəaliyyət göstərən qruplar tərəfindən "Telegram", "TikTok", "Facebook", "X" və "YouTube" kimi platformalarda "münaqişədə Azərbaycanın rolu" ilə bağlı saxta xəbərlər və məlumatlar paylaşılaraq dövlətimizin təhlükəsizliyi və milli maraqları əleyhinə genişmiqyaslı dezinformasiya kampaniyalarının davam etdiyi müəyyən edilib.

Kampaniya zamanı İran cəmiyyətinin də hədəf auditoriyası olduğu təsbit edilib, ölkə daxilində anti-Azərbaycan sentimentin formalaşdırılması istiqamətində fəaliyyətin aparıldığı müşahidə edilib.

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfirinin səsləndirdiyi təxribat xarakterli iddialardan sonra isə İrandakı ermənipərəst dairələrin və şəxslərin, o cümlədən Ermənistana bağlı şəbəkələrin anti-Azərbaycan və qızışdırıcı ritorikasının daha da artdığı diqqətimizi cəlb edib.

Eyni zamanda, İranda məskunlaşaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan əsilli qruplaşma üzvlərinin sosial media platformaları vasitəsilə din pərdəsi altında manipulyativ fikirlərdən istifadə etməklə Azərbaycan vətəndaşlarını müxtəlif təxribatlar törətmələri üçün çağırışlar etdikləri aşkar edilib.

Komissiyanın hesablamalarına görə, anti-Azərbaycan kampaniyası İrandan qaynaqlanan 270-dən çox profillə, əsasən, Azərbaycan, rus, fars, qismən də ingilis, türk və ərəb dillərində 600-ə yaxın hesabdan aparılır. Bundan əlavə, həmin qrupların yalnız "TikTok" platformasında 215-dən çox aktiv hesabı fəaliyyət göstərir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür".

Paylaş

Xəbər lenti

Bakıda üç rayonda işıq olmayacaq Bu gün, 08:48 Çempionlar Liqasında bu klublar mübarizə aparacaq Bu gün, 08:48 Azərbaycanda bu şəxslər vergi və gömrük rüsumundan azaddır - 2033-cü ilədək... Bu gün, 08:48 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR Bu gün, 08:48 Mingəçevir su anbarında balıqçı itkin düşüb Bu gün, 08:48 Yanan maşını öz avtomobili ilə vurub çıxardı Bu gün, 00:48 İrandan xarici jurnalistlərə qarşı ŞOK AÇIQLAMA Bu gün, 00:48 Dostluqda etibarsız hesab edilən bürclər Bu gün, 00:48 Yeni sanitariya norma və qaydaları təsdiqlənib: Nələr dəyişir? Dünən, 23:48 Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü Dünən, 23:48 Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb Dünən, 23:48 Aidə Əliyevaya AFFA-da vəzifə verildi Dünən, 23:48 Qaza həsrət qalan kənd sakinləri Dünən, 23:48 Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib Dünən, 23:48 Sahibə Qafarova Serbiyaya səfər edəcək Dünən, 22:48 ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib Dünən, 22:48 Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Dünən, 22:48 Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR Dünən, 22:48 "Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 22:48 XİN Nepal-Çin sərhəd bölgəsindəki faciə ilə bağlı başsağlığı verdi Dünən, 22:48 Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 22:48 Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib Dünən, 21:48 Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb Dünən, 21:48 Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb" Dünən, 21:48 "Evdə tək 2" filminin ulduzu vəfat edib Dünən, 21:48 Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb Dünən, 21:48 Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu Dünən, 20:48 Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Dünən, 20:48 Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib Dünən, 20:48 Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq Dünən, 20:48 "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır Dünən, 19:48 AAYDA: Bakının bəzi ərazilərində mühəndis qurğularında texniki yoxlamalar aparılacaq Dünən, 19:48 İşğaldan azad olunmuş ərazilərdə işəgötürənlərlə növbəti görüş keçirilib Dünən, 19:48 SON DƏQİQƏ - Azərbaycanda zəlzələ oldu Dünən, 19:48 Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb Dünən, 19:48 Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin yaralandığını hesab edir Dünən, 19:48 Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır Dünən, 19:48 Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq Dünən, 18:48 Ziroat Mirziyoyeva Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib Dünən, 18:48 Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib Dünən, 18:48 Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb Dünən, 18:48 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb Dünən, 17:48 10 KOB subyekti vergi güzəştindən yararlanacaq Dünən, 17:48 Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib Dünən, 17:48 Aşağı keçid balları MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR