1-08-2025, 12:48 357

İlham Əliyev və Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladılar

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, nekroloqun mətnində deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən - 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi "Qarabağ şikəstəsi", "Segah", "Çahargah", "Rast", "Şur", "Bayatı-Şiraz" və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət", 2008-ci ildə "İstiqlal" və 2018-ci ildə "Şərəf" ordenləri, 2023-cü ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov".

Paylaş

Xəbər lenti

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır? Bu gün, 19:48 Natiq Şirinovun üçüncü nəvəsi oldu Bu gün, 19:48 Prezident İlham Əliyev Türkiyəyə səfər edib Bu gün, 19:48 Artan ana ölümləri ilə bağlı ekspertdən çağırış: "Ciddi araşdırılmalıdır" Bu gün, 19:48 İraqdan İran millisinə qadağa: Təyyarənin enişinə icazə verilmədi Bu gün, 19:48 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı Bu gün, 18:48 Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu" Bu gün, 18:48 Pezeşkian niyə Pişəvəriyə bənzədilir? Bu gün, 18:48 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək Bu gün, 18:48 Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK Bu gün, 17:48 Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb Bu gün, 17:48 Sabiq məmur doğum günündə vəfat etdi Bu gün, 17:48 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası Bu gün, 17:48 Övlad evdən qaçır, valideyn səbəbi anlamır: Uşaqları ailədən nə uzaqlaşdırır? Bu gün, 17:48 Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Bu gün, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Bu gün, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Bu gün, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Bu gün, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Bu gün, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Bu gün, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Bu gün, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Bu gün, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Bu gün, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Bu gün, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Bu gün, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Bu gün, 14:48 Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib Bu gün, 14:48 Dekabr ayında neçə gün iş olmayacaq? Bu gün, 14:48 Sabahın hava ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 14:48 Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb Bu gün, 14:48 Azərbaycan XİN Polşaya başsağlığı verib Bu gün, 13:48 Həsən Həsənov Füzuli aeroportunun əməkdaşı imiş, İmişlidəki qəzada öldü Bu gün, 13:48 Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək Bu gün, 13:48 Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək Bu gün, 13:48 Məktəblərdə 7 gün dərs olmayacaq Bu gün, 12:48 Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir? Bu gün, 12:48 İkinci əl avtomobil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 12:48 Şəkiyə 33 sm qar yağıb - FAKTİKİ HAVA Bu gün, 12:48 Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib Bu gün, 12:48 SOCAR Əliağada ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək Bu gün, 12:48 Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb Bu gün, 12:48 Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb Bu gün, 11:48 Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" Bu gün, 11:48 Qazaxda yanan avtomobili belə söndürdülər - VİDEO Bu gün, 11:48 ABŞ İranın 9 milyard dollarını qaytarır? - Razılaşmanın ŞƏRTLƏRİ Bu gün, 11:48 Bulvarda ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR