6-11-2022, 17:17 680

Cəlilabadda yüz ilə yaxın yaşı olan tarixi abidə məhv olmaq üzrədir – REPORTAJ

Cəlilabad rayonunda 1927-ci ildə sakinlərin istifadəsinə verilən tarixi hamam baxımsızlıqdan bərbad vəziyyətə düşüb.

Bununla bağlı "Report"un Muğan bürosuna müraciət edən rayon sakinləri abidənin məhv olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Yerli əhəmiyyətli daşınmaz memarlıq abidələrinə aid olan bu tarixi incinin bir neçə ildən sonra 100 yaşı tamam olacaq. Amma tarixi keçmişi bu günə qədər yaşadan və qorunan tikililər siyahısına əlavə edilən abidə baxımsızlıqdan bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, abidənin baxımsız vəziyyətdə qalması divarlarında çatların əmələ gəlməsinə və bu çatların tədricən genişlənməsinə səbəb olub.

Sakinlər deyir ki, iki iri günbəzdən ibarət olan hamam rayonda ilk kanalizasiya sistemi olan tikilidir. Vaxtilə burada saxsı borularla divarda və yerdə xüsusi kanalizasiya sistemi işlənilib: "Yaşlı nəslin nümayəndələri həmişə danışırdılar ki, bir yük odunla səhərdən axşama qədər hamamın həm içi, həm də suyu qızırmış".

Hamam kimi fəaliyyətini dayandırdıqdan sonra buradan müxtəlif təyinatlar üzrə istifadə olunub. Bu tarixi məkan 2008-ci ilə kimi isə çörək bişirmə sexi kimi fəaliyyət göstərib "Lakin tikilidə indiyə qədər heç bir əsaslı təmir işləri aparılmadığından hamamın divarlarında çatlar yaranıb. Az qala bir əsr yaşı olan tarixi abidəmiz baxımsızlıq ucbatından elə tarixə qovuşmaq ərəfəsindədir. Biz də istəyirik ki, bura təmir olunsun və qorunsun", - sakinlər qeyd ediblər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli "Report"un yerli bürosunun sorğusuna cavabında bildirib ki, sözügedən hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır.

Onun sözlərinə görə, Dövlət Xidməti tərəfindən hamamın qorunması və bərpa olunaraq yenidən istifadə olunması istiqamətində kompleks tədbirlərin görülməsi nəzərdə tutulur.

Qurumun rəsmisi bildirib ki, hamamın bərpaya ehtiyacı var və bərpa olunması üçün investisiya planına daxil edilib: "Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu hamamın da investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır".

Qeyd edək ki, Cəlilabad rayonunda rəsmi şəkildə 53, yerli tarixçilər tərəfindən isə 100-ə yaxın tarixi abidə qeydə alınıb. Abidələrin ikisi dünya, digərləri respublika və yerli əhəmiyyətlidir.

Paylaş

Xəbər lenti

Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Bu gün, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Bu gün, 19:48 Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib Bu gün, 19:48 Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək? Bu gün, 19:48 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 19:48 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub Bu gün, 19:48 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib Bu gün, 19:48 DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib Bu gün, 19:48 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib Bu gün, 19:48 İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib Bu gün, 19:48 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib Bu gün, 19:48 ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib Bu gün, 19:48 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 18:49 Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu Bu gün, 18:49 Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 18:49 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib Bu gün, 18:49 Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Bu gün, 18:48 Bu kəndlərdə yaşayanlara MÜJDƏ: 7,3 milyon manat ayrıldı Bu gün, 18:48 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi Bu gün, 18:48 "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Bu gün, 18:48 Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Bu gün, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Bu gün, 17:48 Alkoqol beyin hüceyrələrini məhv edən prosesi işə salır - Alimlərdən yeni araşdırma Bu gün, 17:48 Bakı sakini: Kəlağayı Azərbaycan qadınının zərifliyini ön plana çıxarır Bu gün, 17:48 Qazaxıstan Prezidenti Azərbaycana gəlib Bu gün, 17:48 Polkovnik-leytenantın ölümünün təfərrüatı: Restoranda yıxılıb, başı betona dəyib Bu gün, 17:48 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır Bu gün, 17:48 Laos AQEM-ə üzv qəbul edilib Bu gün, 16:48 Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər Bu gün, 16:48 Bakıda NATO təlimləri keçirilib Bu gün, 16:48 Alpay 91 yaşında vəfat etdi Bu gün, 16:48 Folklend adaları uğrunda yeni gərginlik: Britaniya ordusu hərəkətə keçdi Bu gün, 16:48 İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib Bu gün, 16:48 Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb Bu gün, 16:48 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı Bu gün, 16:48 Konqo Demokratik Respublikasında Ebola virusundan 4 381 nəfər ölüb Bu gün, 16:48 Oktyabrın ilk yarısında temperatur normadan 5 dərəcə yüksək olub Bu gün, 15:48 İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub Bu gün, 15:48 Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI Bu gün, 15:48 Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək Bu gün, 15:48 Məşhur reperin evinə həbs qoyuldu - Aliment borcunu ödəmirmiş... Bu gün, 15:48 Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək Bu gün, 14:48 Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 14:48 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab Bu gün, 14:48 "Qarabağ"ın məşqçisi cərimələndi: Təhqir iddiasına klubdan reaksiya Bu gün, 14:48 Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib Bu gün, 14:48 Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək Bu gün, 14:48 Suriya 2014-cü ildən bəri ilk dəfə 42 kimyəvi bombanı məhv edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR