1-11-2022, 11:58 622

Göyçayın məşhur tarixi abidəsi: 135 yaşlı yeraltı hamam məhv olmaq üzrədir - REPORTAJ

Göyçay rayonunun ən qədim tarixi abidəsi olan "Yeraltı hamam" abidə kompleksi məhv olmaq təhlükəsi ilə üzləşib. Uzun illərdir baxımsız vəziyyətdə qalan abidə demək olar ki, aidiyyəti qurumlar tərəfindən unudulub. Otuz ildən artıqdır baxımsız vəziyyətdə qalan bu memarlıq nümunəsinin bərpası bir neçə ildir nəzərdə tutulsa da, əməli olaraq hələ ki, heç bir lazımi tədbir görülməyib.

"AVESTA.AZ"un Yuxarı Şirvan bürosunun əməkdaşı, həmin abidəyə baş çəkib və kompleksdəki mənzərə ilə tanış olub.

Məlum olub ki, abidə kompleksinin vəziyyəti heç də ürəkaçan deyil və buranın təmirə ehtiyacı kifayət qədər çoxdur. Çünki təmir olunmadığı hər gün abidənin məhv olmasını bir qədər də yaxınlaşdırır.

Bundan əlavə, abidənin qarşısı zibil tullantılarının toplandığı yerə çevrilib. Hazırda damında və divarlarında böyük çatlar əmələ gələn abidənin uçmaq təhlükəsi yaranıb. Müşahidələrimiz onu deməyə əsas verir ki, burada vaxtında təmir və bərpa işləri görülməzsə, yaxın vaxtda abidə tarixə qovuşacaq.

Hazırda qapıları bağlı olan "Yeraltı hamam" kənar müdaxilələrdən mühafizə olunur və içəri heç kim buraxılmır.

135 il əvvəl tikilmiş bu sirli hamam Azərbaycanın nadir memarlıq abidələrindən biridir. XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq inşa etdirib. "Yeraltı hamam" adı isə əsas hissəsi yerin səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Hamamlardan ikisi qadınlar, biri isə kişilər üçün olub. Vaxtilə buradan eyni vaxtda 70 nəfər istifadə edə bilirmiş. Uzun illər insanlara xidmət göstərən ölkə əhəmiyyətli bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Hamamın çirkab sularının saxsı borularla hara və necə axıdılması hələ də müəmmalı olaraq qalır.

Aparılan araşdırmalara baxmayaraq, bu sual hələ də cavabını tapmayıb. Gümbəzli unikal memarlıq abidəsi olan bu hamamın fəaliyyəti keçmiş sovetlər dövründə dayandırılıb. Ötən əsrin 30-40-cı illərində "Yeraltı hamam"ı həbsxanaya çeviriblər. İkinci dünya müharibəsindən sonra isə ondan bir müddət pendir sexi kimi istifadə olunub. 1958-ci ildə bina təmir edilərək yenidən hamam kimi fəaliyyətə başlayıb. Lakin 1991-ci ildən sonra bu abidə sahibkarlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub, tarixi memarlıq nümunəsi zərər görüb, dağılaraq bərbad hala düşüb.

Sakinlər deyib ki, Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri ötən 10 il ərzində Göyçaya dəfələrlə gələrək bu tarixi abidənin vəziyyəti ilə tanış olub və burada təmir-bərpa işləri aparılacağını bildiriblər. Lakin o vaxtdan bəri bu işə hələ başlanılmayıb, abidə tamamilə unudularaq bərbad hala düşüb.

 Fariz Hüseynli
Fariz Hüseynli

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli "AVESTA.AZ"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Göyçay rayonunda yerləşən “Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Onun sözlərinə görə, həmin hamam uzun illər sakinlərinin istifadəsində olub:

"Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamamın bərpası məsələsi investisiya planına salınıb. Eyni zamanda qeyd edək ki, ölkə ərazisində bu tip, bərpaya ehtiyacı olan tarixi abidələr çoxluq təşkil edir. "Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında" qanuna əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır. "Yeraltı hamam"ın da bu çərçivədə bərpası istiqamətində tədbirlər görülməkdədir".

Paylaş

Xəbər lenti

Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Bu gün, 20:48 Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi Bu gün, 20:48 UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi Bu gün, 20:48 Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub Bu gün, 20:48 Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub Bu gün, 20:48 Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Bu gün, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Bu gün, 19:48 Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib Bu gün, 19:48 Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək? Bu gün, 19:48 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 19:48 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub Bu gün, 19:48 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib Bu gün, 19:48 DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib Bu gün, 19:48 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib Bu gün, 19:48 İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib Bu gün, 19:48 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib Bu gün, 19:48 ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib Bu gün, 19:48 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 18:49 Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu Bu gün, 18:49 Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 18:49 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib Bu gün, 18:49 Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Bu gün, 18:48 Bu kəndlərdə yaşayanlara MÜJDƏ: 7,3 milyon manat ayrıldı Bu gün, 18:48 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi Bu gün, 18:48 "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Bu gün, 18:48 Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Bu gün, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Bu gün, 17:48 Alkoqol beyin hüceyrələrini məhv edən prosesi işə salır - Alimlərdən yeni araşdırma Bu gün, 17:48 Bakı sakini: Kəlağayı Azərbaycan qadınının zərifliyini ön plana çıxarır Bu gün, 17:48 Qazaxıstan Prezidenti Azərbaycana gəlib Bu gün, 17:48 Polkovnik-leytenantın ölümünün təfərrüatı: Restoranda yıxılıb, başı betona dəyib Bu gün, 17:48 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır Bu gün, 17:48 Laos AQEM-ə üzv qəbul edilib Bu gün, 16:48 Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər Bu gün, 16:48 Bakıda NATO təlimləri keçirilib Bu gün, 16:48 Alpay 91 yaşında vəfat etdi Bu gün, 16:48 Folklend adaları uğrunda yeni gərginlik: Britaniya ordusu hərəkətə keçdi Bu gün, 16:48 İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib Bu gün, 16:48 Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb Bu gün, 16:48 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı Bu gün, 16:48 Konqo Demokratik Respublikasında Ebola virusundan 4 381 nəfər ölüb Bu gün, 16:48 Oktyabrın ilk yarısında temperatur normadan 5 dərəcə yüksək olub Bu gün, 15:48 İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub Bu gün, 15:48 Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI Bu gün, 15:48 Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək Bu gün, 15:48 Məşhur reperin evinə həbs qoyuldu - Aliment borcunu ödəmirmiş... Bu gün, 15:48 Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək Bu gün, 14:48 Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR