
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V massivində yaşayan sakinlər narazıdırlar.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Samir Cəfərov küçəsi bina 22-nin arxasında gecələr tikinti işləri aparılır. Sakinlər səs-küydən yata bilmədiklərini deyirlər:
"Ərazidə 16 mərtəbəli bina tikilir. Ötən gecə saat 4-ə qədər işlədilər. Hər gecə burada səs-küy olur",, - deyə şikayətçi vurğulayıb.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.