15-08-2025, 12:48 917

Xocalıya köçənlərə 5 hektar torpaq veriləcək - DETALLAR

Xocalı rayonunun Xanyurdu və Ballıca kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu davam edir. 

Hər iki kəndə köç edəcək sakinlərdən müraciətlərin qəbulu prosesi avqustun 15-dən sentyabrın 15-i günün sonunadək davam edəcək.

BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Ballıca və Xanyurdu kəndlərinə köç edəcək sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə birillik və çoxillik bitkilərdən - alma, armud, gilas, qoz, şaftalı, nektarin, ərik, şabalıq, xurma, çiyələk, qarağat, moruq, pomidor, xiyar, badımcan, bibər, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə və texniki), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı (dən və silos üçün), yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Qeyd olunan iki kəndə köç edəcək sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" - "Xanyurdu" və ya "Ballıca" seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Xanyurdu və Ballıca olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması qeydiyyat prosesi yekunlaşdıqdan sonra baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən başlanıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ Bu gün, 10:48 "Real Madrid" gənc ispaniyalı futbolçunu heyətinə qatır Bu gün, 10:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəlib Bu gün, 10:48 Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib Bu gün, 10:48 Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib Bu gün, 09:48 Bu gün Türkiyənin Zəfər Bayramı günüdür Bu gün, 09:48 Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb Bu gün, 09:48 Azərbaycanlı sürücülər 15 gündür İranda QALIB: 100 minlərlə manatlıq yük xarab oldu Bu gün, 09:48 Misli Premyer Liqası: "Zirə" "Neftçi" ilə üz-üzə gələcək Bu gün, 09:48 Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb Bu gün, 09:48 "Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Dünən, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Dünən, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Dünən, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Dünən, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Dünən, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Dünən, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Dünən, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Dünən, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Dünən, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Dünən, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Dünən, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Dünən, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Dünən, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Dünən, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR