3-09-2025, 15:48 367

Ayağın altının düz olmasının fəsadları və müalicə yolları AÇIQLANIB

Ayağın altının düz olması (pes planus) bir çox insan üçün ciddi problem hesab edilməsə də, vaxtında müdaxilə olunmadıqda sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər.

AVESTA.AZ xəbər verir ki, mütəxəssislərin fikrincə, bu vəziyyət həm gündəlik həyat keyfiyyətini azaldır, həm də sümüklərə və oynaqlara əlavə yük yaradır.

Düz ayaqaltı ilk növbədə ayaq və ayaq biləyində ağrı, şişkinlik, həmçinin diz, bud və bel nahiyəsində gərginlik yaradır. Həddindən artıq pronasiya nəticəsində Axilles tendinit, diz oynaqlarında ağrılar və tibial stress zədələri meydana çıxa bilər. Bundan başqa, hallux valgus (böyük barmağın əyriliyi), "hammer toes" (barmaq deformasiyası), iltihab və dəridə dəyişikliklər də müşahidə olunur. Uzunmüddətli müalicəsiz qaldıqda isə artroz və duruş problemləri kimi daha ağır fəsadlar yarana bilər.

Mütəxəssislərin tövsiyəsinə görə, düz ayaqaltının müalicəsi əsasən konservativ üsullarla həyata keçirilir. Bunlara xüsusi ortopedik içliklər (insollar), ayaq gimnastikası, Axilles tendonunun gərilməsi, fiziki terapiya və reabilitasiya daxildir. Ağrı və iltihabı azaltmaq üçün qeyri-steroid iltihabəleyhinə preparatlar (NSAİD) da tətbiq olunur. Bundan əlavə, düzgün ayaqqabı seçimi, artıq çəkidən uzaq durmaq və yüksək təsirli idman növlərindən qaçmaq məsləhət görülür.

Uşaqlarda isə yalın ayaqla müxtəlif səthlərdə gəzmək və əzələ gücləndirici məşqlər qamarlanmaya müsbət təsir göstərir.

Əgər bu metodlar nəticə verməzsə, cərrahi əməliyyat tətbiq olunur. Bu zaman tendon transferləri, topuq sümüyünün (calcaneus) formalaşdırılması və ya implant yerləşdirilməsi kimi üsullardan istifadə edilir.

Həkimlər bildirir ki, düz ayaqaltı təhlükəli diaqnoz sayılmasa da, ağrı və narahatlıq hiss olunduqda mütləq ortoped və ya podiatristə müraciət etmək lazımdır. Erkən müalicə gələcəkdə daha ciddi fəsadların qarşısını alır.

Paylaş

Xəbər lenti

Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər" Bu gün, 00:48 Aylardır qazılan yol niyə bərpa olunmur? Bu gün, 00:48 Azərbaycanda Bilik Günüdür Bu gün, 00:48 Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür Bu gün, 00:48 Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS Dünən, 23:48 Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət Dünən, 23:48 Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək Dünən, 23:48 İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib Dünən, 23:48 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb Dünən, 23:48 "Bilik Günü"ndə Bakı sakinləri tıxaca necə hazırlaşırlar? Dünən, 22:48 Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir Dünən, 22:48 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? Dünən, 22:48 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var Dünən, 22:48 Qərbin bir qərarı dünya müharibəsinə səbəb ola bilər Dünən, 21:48 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza Dünən, 21:48 Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib Dünən, 21:48 Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub Dünən, 21:48 Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb Dünən, 21:48 Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar Dünən, 21:48 İlham Əliyev ona verilən 500 min ABŞ dolları məbləğində mükafatı Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib Dünən, 20:48 Müəllimə gül almaq neçəyə başa gəlir? - Paytaxt mağazalarında son qiymətlər Dünən, 20:48 "Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb Dünən, 20:48 "Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib Dünən, 20:48 Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb Dünən, 19:48 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA Dünən, 19:48 2030-a doğru Qafqaz: Ən böyük investisiya döyüşü başlayır Dünən, 19:48 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub Dünən, 19:48 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA Dünən, 19:48 İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Dünən, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Dünən, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Dünən, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Dünən, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Dünən, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Dünən, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Dünən, 18:48 Nazir: "Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin maaşı artırılacaq" Dünən, 17:49 Nazir: "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Dünən, 17:49 AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT Dünən, 17:49 Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır" Dünən, 17:48 10 min dolları keçən onlayn gəlirlər mütləq vergiyə cəlb ediləcək Dünən, 17:48 Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi - Digər müttəhim kimdir? Dünən, 17:48 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Dünən, 17:48 XX əsrin 5 ən böyük ekoloji fəlakəti – London dumanından Aral dənizinə Dünən, 17:48 Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib Dünən, 17:48 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - RƏSMİ Dünən, 17:48 Emin Əmrullayev: "Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək" Dünən, 16:48 Tanınmış jurnalistə yeni vəzifə verildi Dünən, 16:48 Emin Əmrullayev: "Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur" Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR