
Hollivud ulduzu Alek Bolduin qardaşı Stiven ilə avtomobil qəzasına düşüb.
AVESTA.AZ xəbər verir ki, hadisə Nyu-Yorkun East Hampton ərazisində yaşanıb.
Aktyorun və qardaşının "Range Rover"i qarşıdan gələn maşınla toqquşub.
Toqquşma nəticəsində avtomobilin buferi və kapotu zədələnib. Bu barədə "TMZ" məlumat yayıb.
Qəza zamanı avtomobili kimin idarə etdiyi hələlik məlum deyil.
Xəsarət alanlar barədə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.