
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
***21:30
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar "status-kvo"nu bərpa edib - 1:1.
40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.
***20:50
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IIII turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab açılıb.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.
1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
***20:45
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Atletik" və "Qarabağ" komandaları arasında matç başlayıb.
BAKU.WS-in məlumatına görə, matç "San Mames" stadionunda keçirilir.
Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi İqor Payaçdır. FIFA referisinə Boyan Zobenitsa və İvan Mihali kömək göstərir. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.