21-11-2022, 20:16 836

Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ilə görüşüb.

"AVESTA.AZ" xəbər verir ki, Milli Məclisin sədri görüşdə Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçdiyini deyərək, bu illər ərzində siyasi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib. Spiker ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayıb.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etdiyini qeyd edib. O, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın Hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəkləndiyini bildirib. Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2021-ci ilin noyabrında Madriddə keçirilən təsis konfransı və bu ilin 30 iyun - 1 iyul tarixlərində Azərbaycanda keçirilən Bakı Konfransı haqqında geniş məlumat verib. S.Qafarova deyib ki, Bakı konfransında 40-dan çox ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Vyetnam Milli Assambleyasının üzvü Madriddə keçirilən təsis konfransında iştirak edib.

Milli Məclisin sədri bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti Konfransının gələn ilin martında Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır. O, Parlament Şəbəkəsinin qarşısında duran vəzifələr və növbəti dövr üçün görüləcək işlər barədə geniş məlumat verib.

Söhbət zamanı Milli Məclisin sədri dövlətlərarası münasibətlərin gücləndirilməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edib, belə görüşlərin bu sahədə təcrübə və informasiya mübadiləsi baxımından təqdirəlayiq olduğunu deyib. Sahibə Qafarova deputatlarımızın parlamentlərarası dostluq qrupları çərçivəsində əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, eyni zamanda, beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın önəmindən danışıb. O, müxtəlif dövlət qurumları arasında əməkdaşlıqla yanaşı, ölkəmizin hakim partiyası Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında da məhsuldar əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad ediləməsi və ərazi bütövlüyümüzün bərpası, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa və yenidənqurma işləri barədə də danışıb.

Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ölkəsinin Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında münasibətlərin tarixi köklərə söykəndiyini deyib və qeyd edib ki, əlaqələrimizin əsası Ho Şi Min və Heydər Əliyev tərəfindən qoyulub. Vuonq Din Hyu deyib ki, Azərbaycan bizim üçün dost ölkələrdən biridir. Bizim xarici siyasətimizin əsas prioritetlərimizdən biri ənənəvi dostluq münasibətlərinin olduğu ölkələrlə əməkdaşlığımızı daha da sıxlaşdırmaqdır.

Milli Assambleyanın sədri qarşılıqlı əlaqələrin genişləndirilməsində parlamentlərin xüsusi rolunu vurğulayıb. Bu baxımdan deputatlarımız arasında mütəmadi olaraq görüşlərin təşkilinin, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsinin məqsədəmüvafiq olduğunu deyib. O, eyni zamanda, beynəlxalq parlament qurumlarında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Vyetnam Milli Assambleyasının sədri deyib ki, Vyetnam Qoşulmama Hərəkatının üzvü kimi, bu təşkilat çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir. O cümlədən, təşkilatın Parlament Şəbəkəsi çərçivəsində də iştirak edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır Bu gün, 00:48 Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc Bu gün, 00:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb Dünən, 23:48 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq Dünən, 23:48 "Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib Dünən, 23:48 Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? Dünən, 23:48 Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 23:48 Ət bazarında qiymətlər niyə dayanmadan artır? Dünən, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Dünən, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Dünən, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda ikinci qolu vurub Dünən, 22:48 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib Dünən, 22:48 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib Dünən, 22:48 Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı Dünən, 21:49 Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar? Dünən, 21:48 Belçika səfiri Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Çakal bacısına 2 milyon 280 minlik avtomobil hədiyyə etdi Dünən, 21:48 Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı Dünən, 21:48 Müğənni Nəfəs: "Sponsor" sözü bizdə pis səslənib" Dünən, 21:48 İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya Dünən, 21:48 Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib Dünən, 20:48 Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama Dünən, 20:48 Mikayıl Cabbarov: "Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400-dən artıq şirkət fəaliyyət göstərir" Dünən, 20:48 Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Dünən, 20:48 Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Dünən, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Dünən, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Dünən, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Dünən, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Dünən, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Dünən, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Dünən, 18:48 Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir" Dünən, 18:48 "Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib? Dünən, 18:48 Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK Dünən, 18:48 Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır" Dünən, 18:48 Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Dünən, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Dünən, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Dünən, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Dünən, 17:48 Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb Dünən, 17:48 Sadır Japarov sabah Azərbaycana səfər edəcək Dünən, 17:48 Rusiyalı psixoterapevt Ukraynada anasının və qızının yanında dəfn olundu Dünən, 17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək Dünən, 17:48 Bakıda bu tibb müəssisələri TƏMİR OLUNACAQ Dünən, 16:49 80 yaşlı Ajda Pekkan: "Kamera qarşısına keçəndə hələ də həyəcanlanıram" Dünən, 16:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR