31-10-2025, 22:48 282

Ermənistan vətəndaşlarının məhkəmə istintaqı yekunlaşıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 31-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçisi Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib.

Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib.

Sonra təqsirləndirilən David Manukyan vəsatət verərək ittiham olunduğu cinayətlərlə bağlı bəzi xüsusatlarla razılaşmadığını deyib. Təqsirləndirilən şəxs cinayətkar birliyin yaradılması ilə bağlı ittihamın cinayət işinin ona aid olan epizodlarından çıxarılmasını, habelə onun barəsində olan cinayət işinin ayrıca icraata ayrılmasını xahiş edib.

David Manukyanın müdafiəçisi təqsirləndirilənin vəsatətini müdafiə etdiyini söyləyib.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Fuad Musayev deyib ki, hazırda sübutların qiymətləndirilməsi mərhələsi deyil. Müdafiə tərəfinin qeyd etdiyi hal isə sübutların qiymətləndirilməsi mərhələsinə aiddir.

İttiham tərəfi qeyd olunan xüsusata məhkəmə istintaqı yekunlaşdıqdan sonra, çıxışlar zamanı fikir bildirəcəyini deyib. Eyni zamanda, dövlət ittihamını müdafiə edən prokuror məhkəmə tərəfindən sübutlara müşavirə otağında hüquqi qiymət verəcəyini də xatırladıb.

Məhkəmə zərərçəkmiş şəxslərin nümayəndələrini də dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib.

Sonra Madat Babayanın müdafiəçisi Leyla Namazzadə vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan bəzi epizodların çıxarılmasını xahiş edib.

Təqsirləndirilən Madat Babayan müdafiəçisi tərəfindən verilən vəsatətlə razı olduğunu bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətdə qeyd olunan halların prosesin hazırkı mərhələsinin predmetinin olmadığını xatırladaraq diqqətə çatdırıb ki, məhkəmə bunu müşavirə otağında qiymətləndirir.

Məhkəmə vəsatətdə qeyd olunan hallara müşavirə otağında baxılaraq qiymətləndiriləcəyini bildirib və vəsatəti baxılmamış saxlayıb.

Təqsirləndirilən Bako Sahakyan isə ötən iclasda təqdim etdiyi sübutların tədqiqi ilə bağlı müdafiəçisinin suallarını cavablandırıb.

Bundan sonra Levon Mnatsakanyanın müdafiəçisi təqsirləndirilən şəxslə görüşərkən hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə əlavə olunması üçün ona şəxsi arxivindən bir neçə sənəd verdiyini bildirib və onları məhkəməyə təqdim edib.

Təqsirləndirilən Levon Balayanın vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşmək istədiyini deyib.

Hakim Zeynal Ağayev fasilədə onlara şərait yaradılacağını bildirib.

Məhkəmə iclasının sonunda iclasa sədrlik edən məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Tərəflər məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etməyiblər.

Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev ittiham tərəfinin məhkəmə baxışı zamanı təqdim olunan sübutlarla kifayətləndiyini bildirib.

Məhkəmə iclasına sədrlik edən məhkəmə istintaqının yekunlaşdığını elan edib və çıxışlar zamanı tərəflərin yalnız məhkəmə istintaqında tədqiq olunan sübutlara istinad edə biləcəyini bir daha proses iştirakçılarının diqqətinə çatdırıb.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar çıxış üçün noyabrın 3-dək vaxt verilməsini məhkəmədən xahiş ediblər.

Növbəti iclasda tərəflərin çıxışlarına başlanılması qərara alınıb.

Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Paylaş

Xəbər lenti

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb Bu gün, 14:48 İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib Bu gün, 14:48 Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli? Bu gün, 14:48 İlham Əliyevdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN Bu gün, 14:48 İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib Bu gün, 14:48 Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı Bu gün, 13:48 Pezeşkianın təyyarəsi təcili eniş edib Bu gün, 13:48 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı Bu gün, 13:48 Polşada ibtidai siniflərdə telefon istifadəsinə qadağa qoyuldu Bu gün, 13:48 Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü Bu gün, 13:48 Qəbələdə 29 yaşlı qadın hovuzda boğularaq ölüb Bu gün, 13:48 Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb Bu gün, 13:48 Anar Bayramov: Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır Bu gün, 12:48 ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir Bu gün, 12:48 Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI Bu gün, 12:48 Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq Bu gün, 12:48 72 min tibb işçisinin maaşı artırılır - Yeni sistem nəyi dəyişəcək? Bu gün, 12:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1114-ə çatıb Bu gün, 12:48 Tibb işçilərinə ŞAD XƏBƏR - Maaş artımının əsas səbəbləri AÇIQLANDI Bu gün, 12:48 Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq Bu gün, 12:48 İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? Bu gün, 11:48 Mal əti bahalaşdı Bu gün, 11:48 Azərbaycanda bu tibb işçilərinin əməkhaqları ARTIRILIR Bu gün, 11:48 İlham Əliyev Vyetnam Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular Bu gün, 11:48 Bakıda tıxacda qalmamağın yeni yolları - "Neftçilər" və "Elmlər"ə... Bu gün, 11:48 Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır Bu gün, 11:48 Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub Bu gün, 11:48 Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir Bu gün, 11:48 Trampdan Folklend adaları ilə bağlı diqqətçəkən açıqlama Bu gün, 11:48 Pakistan və İrandan bir milyon əfqan deportasiya edilib Bu gün, 10:49 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər Bu gün, 10:48 "Qalatasaray"dan yeni transfer bombası - Artıq İstanbuldadır Bu gün, 10:48 28 yaşlı sosial media fenomeni qaçırılaraq öldürülüb – 7 həftəlik hamilə olduğu üzə çıxıb Bu gün, 10:48 Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı Bu gün, 10:48 Goranboyun Nizami və Xoylu kəndlərinin sakinləri sursat anbarında yanğınla bağlı təxliyə ediliblər Bu gün, 10:48 Yeni tədris ili üzrə I sinfə elektron qəbul sentyabrın 3-də başa çatacaq Bu gün, 10:48 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar Bu gün, 09:48 "7-8 dəfə dərman vurduq, amma təsiri olmadı" - Fermerləri çarəsiz qoyan problem nədir? Bu gün, 09:48 Paytaxtda yataqxana sakinlərinin illərdir həllini tapmayan PROBLEMİ Bu gün, 09:48 Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 5 dollara yaxın BAHALAŞDI Bu gün, 09:48 Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub Bu gün, 08:48 Goranboyda sursat anbarında YANĞIN Bu gün, 08:48 Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI Bu gün, 08:48 ABŞ İranın hərbi hədəflərinə zərbə endirib Bu gün, 08:48 Bu gün Bakının iki rayonunda işıq olmayacaq Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR