
Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.
Hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.
Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur. Körpənin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.