
Bakıda daha bir nəfər dəm qazının qurbanı olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı saat 06 radələrində Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından zəhərlənib.
Onun meyiti yaxınları tərəfindən hamam otağında aşkar edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.