
Türkiyədə fahişəliyə qarşı əməliyyat tədbiri görülüb.
AVESTA.AZ xəbər verir ki, əməliyayt Kırıkkale rayonunun Yahşihan qəsəbəsində həyata keçirilib.
3 yaşayış binasında pul qarşılığında qadınları fahişəliyə cəlb etmə əməli olduğu üzə çıxıb.
Bir neçə qadın elə hadisə yerində saxlanılıblar. 4 qadın arasında biri azərbaycanlı olub. Bu qadınlar 33 yaşlı F.F., 47 yaşlı azərbaycanlı D.S., özbəkistanlı 47 yaşlı U.J və 37 yaşlı G.K-dir.
Onlardan biri isə əməliyyat zamanı polislərdən qaçmağa çalışıb. Lakin daha sonra polislər tərəfindən saxlanılıb.
Əməliyyat zamanı fahişəlikdən qazanılan 50 000 lirəyə isə əl qoyulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.