17-01-2026, 14:48 243

Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası üzrə jurnalistlərin akkreditasiyası başlayıb

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

AVESTA.AZ xəbər verir ki, 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədi ilə qlobal liderləri bir araya toplayacaq.

BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.

Jurnalistlər üçün qlobal platforma

WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksək səviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:

- Müsahibə və şərhlər üçün nazirlər, şəhər merləri və BMT rəhbərliyi də daxil olmaqla, yüksək səviyyəli spikerlərlə birbaşa əlaqə imkanı;

- Manlı yayım və məsafədən reportajlar üçün xüsusi media-zonalar;

- Milli və yerli hökumət nümayəndələri, eləcə də BMT rəsmiləri ilə mətbuat brifinqləri;

- Əsas sessiya və müzakirələrə səhnəarxası giriş imkanı;

- İnnovativ şəhərsalma və mənzil həllərini nümayiş etdirən sərgi iştirakçıları ilə ünsiyyət imkanı.

Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və "Urban Expo" sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksək səviyyəli sessiya təşkil olunacaq.

Media nümayəndələrinin akkreditasiyası

Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.

Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və digər media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.

WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün https://wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.

Ümumdünya Şəhərsalma Forumu haqqında

2001-ci ildə BMT tərəfindən yaradılmış Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar, ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilə təşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.

Paylaş

Xəbər lenti

"Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Bu gün, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Bu gün, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Bu gün, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Bu gün, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Bu gün, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Bu gün, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Bu gün, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Bu gün, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb Bu gün, 09:48 Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı Bu gün, 09:48 UEFA Millətlər Liqası: Azərbaycan yığması Litva millisi ilə qarşılaşacaq Bu gün, 09:48 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 09:48 Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48 Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı Dünən, 23:48 Bakda daha bir şəhidimizin xatirəsi anılıb Dünən, 22:48 Azərbaycanlı akrobatlar dünya çempionu oldular Dünən, 22:48 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI Dünən, 22:48 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb Dünən, 22:48 Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Dünən, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Dünən, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Dünən, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Dünən, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Dünən, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Dünən, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Dünən, 20:48 Politoloq: Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması sərhədlərimizə nəzarəti təmin etdi Dünən, 20:48 Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı" Dünən, 19:48 Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb" Dünən, 19:48 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR