7-02-2026, 22:48 193

Paris parlamentinin növbəti iflası: Hüquqi qüvvəsi olmayan

Fevralın 4-də Fransa parlamenti növbəti dəfə Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etdi.

Bu dəfə Fransa parlamentini Azərbaycana qarşı ağır cinayətlər törətmiş, məhkəmə qarşısına çıxarılan və ədalətli cəza alan erməniəsilli şəxslərin aqibəti narahat edib. Halbuki bu sənəd adi kağız parçasından başqa heç bir şey deyil və heç bir hüquqi qüvvəsi yoxdur. Çünki bu sənəd mahiyyət etibarilə regional reallıqlardan uzaq, siyasi motivlərlə yüklənmiş və praktiki nəticə doğurmayan bir sənəddir. Sənəd ölkənin daxili işinə qarışmaqla yanaşı, nə beynəlxalq hüquqa istinad edir, nə də Cənubi Qafqazda formalaşmış yeni reallıqları, sülhə doğru atılan addımları nəzərə alır.

Əksinə, revanşist erməni lobbisinin təsiri ilə qəbul edilmiş sənəd birtərəfli yanaşma üzərində qurulmuş subyektiv mövqenin növbəti ifadəsidir. Əvvəlki dövrlərdə də Fransa parlamenti oxşar məzmunlu, əsassız təşəbbüslərlə çıxış edib. Həmin qətnamələr də real siyasi proseslərə təsir göstərməyib, yalnız Fransanın vasitəçi roluna iddia etdiyi regionda onun obyektivliyini və etibarlılığını ciddi şəkildə şübhə altına alıb. Parisin bu mövzuda davamlı olaraq eyni siyasi xətti təkrarlaması göstərir ki, söhbət ayrı-ayrı təşəbbüslərdən yox, sistemli və məqsədli yanaşmadan gedir. Belə ki, Fransa parlamentinin Azərbaycana qarşı birdən-birə "canlanması" da müəyyən mətləblərdən xəbər verir.

Əvvəla, söyləmək lazımdır ki, bu qətnamə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilmiş görüşü fonunda gündəmə gətirilib. Bu isə heç bir halda təsadüf sayıla bilməz. Həmin görüşdən sonra tərəflərin açıqlamalarında sülh prosesinə dair müsbət dinamika, dialoqun davam etdirilməsi və kompromisə açıq mövqelər aydın şəkildə hiss olunurdu. Belə bir fonda Fransa parlamentində anti-Azərbaycan ruhlu sənədin qəbul edilməsi obyektiv olaraq sülhə dəstək yox, bu prosesi pozmağa yönəlmiş təxribat xarakterli addım kimi qiymətləndirilməlidir. Çünki vaxtilə ATƏT Minsk qrupunun üzvü olan bir dövlət sülhü dəstəkləmək əvəzinə, sülhə mane olmağa çalışırsa, bu, onun niyyətindən xəbər verir. Rəsmi Paris, yəqin ki, quyruq acısını unuda bilmir. Söhbət beynəlxalq münasibətlər və xarici siyasət platformasında Fransa xarici siyasətinin son illərdə Azərbaycan diplomatiyası qarşısında ardıcıl şəkildə məğlubiyyətə uğramasından gedir. Azərbaycan hökuməti bir sıra platformalarda, xüsusilə də Qoşulmama Hərəkatında Fransanın neokolonialist siyasətini ardıcıl və faktlara əsaslanan şəkildə ifşa edib. Müstəmləkə siyasəti güdən rəsmi Paris Afrika və Sakit okean regionlarında ciddi siyasi və reputasiya itkiləri ilə üzləşib. Bu səbəbdən də Fransa parlamentində qəbul edilən qətnaməyə Parisin itirilmiş xarici siyasət nüfuzunu kompensasiya etmək və heç olmasa, simvolik səviyyədə "uğur görüntüsü" yaratmaq cəhdi kimi də baxa bilərik. Lakin geosiyasi reallıq dəyişməzdir: qatar artıq çoxdan gedib və Fransa gecikmiş addımlarla həmin boşluğu doldura bilməz.

Eyni zamanda özünü Ermənistanın hamisi adlandıran, bu ölkənin inkişafını istəyən dövlət kimi reklam edən Fransanın sözügedən qətnaməsinin faktiki olaraq Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsir göstərməsini və regionda formalaşmaqda olan etimad mühitini zədələməsini, yəqin ki, fransız parlamentariləri də anlayırlar. Əgər Fransa, həqiqətən, sülh və sabitlik tərəfdarı olsaydı, tərəfləri dialoqa təşviq edən, beynəlxalq hüquqa əsaslanan balanslı yanaşma sərgiləyərdi. Halbuki qəbul edilən sənəd bir tərəfin mövqeyini açıq şəkildə legitimləşdirməyə, digər tərəfi isə siyasi təzyiq altına almağa hesablanıb ki, bu da sülh prosesinin mahiyyətinə ziddir. Belə bir yanaşma həm də sübut edir ki, rəsmi Paris, əslində, nə Ermənistan dövlətinin dostudur, nə də onun inkişafını istəyir. Çünki erməni rəsmiləri də dəfələrlə bəyan ediblər ki, sülh regiona sabitlik gətirməklə yanaşı, iqtisadi inteqrasiyanı, kommunikasiyaların açılmasını təmin edəcək. Bundan isə əsas faydalanan, özünütəcrid siyasətindən, bloklanmadan çıxan Ermənistan olacaq. Görünür, Paris Ermənistanın inkişafını və Cənubi Qafqazda sabitliyin hökm sürməsini istəmir. Yəqin ki, rəsmi İrəvan da artıq bu reallığı dərk etməkdədir.

Digər tərəfdən, Fransa parlamentində qəbul edilmiş son qətnamə əvvəlkilər kimi müstəqil qanunverici təşəbbüs təsiri bağışlamır. Sənədin məzmunu və qəbul olunma zamanı onun Yelisey sarayında hazırlanmış siyasi xəttin davamı olduğunu açıq şəkildə göstərir. Fransa hökuməti parlamenti xarici siyasətdə alətə çevirərək daxili siyasi maraqları və güclü erməni diasporunun təsirini regional proseslərə transfer edir. Bu isə Fransa dövlət mexanizminin rasional strateji düşüncədən daha çox, emosional və lobbiyönlü qərarlarla hərəkət etdiyini göstərir.

Bu gün yaranan geosiyasi şəraitdə Ermənistan-Azərbaycan münasibətləri kontekstində Cənubi Qafqazda Fransanın faktiki olaraq heç bir real müdaxilə imkanının qalmadığı da açıq-aşkar görünür. Halbuki 44 günlük Vətən müharibəsindən dərhal sonra Parisin müəyyən diplomatik manevr imkanları vardı. Fransa həmin dövrdə neytral mövqe tutub beynəlxalq hüquqa əsaslanan yanaşma sərgiləsəydi, həm Ermənistan, həm də Azərbaycanla paralel tərəfdaşlıq platforması formalaşdıra bilərdi. Lakin qərəzli mövqe seçməklə bu imkanları özü sıradan çıxardı. Bu gün regionda əsas siyasi konfiqurasiya ABŞ-nin selektiv iştirakı, Azərbaycanın qəti siyasi iradəsi və Ermənistanın yeni reallıqlar fonunda formalaşan mövqeyi əsasında qurulub. Bütün bu proseslər məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq kontekstində baş verir. Bu şəraitdə Fransa parlamentinin qəbul etdiyi istənilən sənədin hüquqi statusu yoxdur və Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinə prinsipial olaraq heç bir təsir göstərə bilməz.

Əslində, rəsmi Paris dərk etməlidir ki, bu tip addımlar təkcə Bakı ilə münasibətlərə zərər vurmur, həm də Fransanın regiondakı nüfuzunu da ciddi şəkildə zədələyir. Daha geniş miqyasda isə bu davranış Avropa İttifaqı (Aİ) və NATO ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərə xələl gətirir. Çünki Fransa bu strukturların aparıcı üzvlərindən biri kimi çıxış edir və onun birtərəfli mövqeyi bütün Qərbin yanaşması kimi qəbul oluna bilər ki, bu da Qərbə olan etimadı zəiflədir. Əgər son dövrlər Aİ və NATO-nun Azərbaycana marağını, keçirilən görüşləri, imzalanan sənədləri nəzərə alsaq, Fransanın bu tip hərəkətləri anlaşılmaz təsir bağışlayır. Yəni bu məsələdə ən paradoksal məqam ondan ibarətdir ki, Fransanın atdığı addımlar obyektiv olaraq Qərbin regiondakı rolunu gücləndirmək əvəzinə, onu zəiflədir və bu zəifləmə Rusiyanın maraqları ilə qəribə şəkildə üst-üstə düşür. Moskva üçün Cənubi Qafqazda Qərbin nüfuz itirməsi, vasitəçilik mexanizmlərinin sıradan çıxması və Qərb institutlarının qərəzli aktor kimi qəbul olunması strateji üstünlükdür. Elə Kremlin də uzun müddətdir İrəvandan istədiyi və tələbi Qərbin təsirini azaltmaq, Aİ ilə münasibətləri zəfilətməkdir. Müxtəlif rəsmilər vasitəsilə İrəvana sərt xəbərdarlıqların da əsas xəttini Qərblə münasibətlərə görə təhdidlər tutur. Fransanın siyasəti də istər-istəməz bu ssenariyə xidmət edir.

Bu isə labüd sual doğurur: Fransanın real marağı nədir? Paris daxili siyasi dividentlər və diaspor təzyiqi naminə bu mənasız və nəticəsiz xətti davam etdirir, yoxsa Qərbin regiondakı rolunu zəiflədən daha mürəkkəb geosiyasi oyunun iştirakçısına çevrilib? Bir tərəfdən Fransanın atdığı addımlar ardıcıl şəkildə Qərbin Cənubi Qafqazdakı mövqelərini zəiflədir, digər tərəfdən isə regionda yaranmış yeni reallıqlar fonunda Rusiyanın manevr imkanlarını genişləndirir. Bu konfiqurasiya təsadüf kimi izah olunmaq üçün həddən artıq sistemlidir. Rusiya ilə gizli razılaşmalar barədə açıq və birbaşa sübutlar olmasa da, Fransanın siyasətinin nəticələrinin Moskvanın maraqları ilə bu qədər üst-üstə düşməsi Parisin strateji baxışının nə dərəcədə düşünülmüş və uzunmüddətli olduğunu ciddi şəkildə sual altına alır. Əgər Fransa, həqiqətən, Avropa təhlükəsizliyinin və Qərbin regiondakı təsir imkanlarının qorunmasında maraqlıdırsa, o zaman qəbul etdiyi qərarların real nəticələri ilə öz iddiaları arasındakı bu dərin ziddiyyətə izah vermək məcburiyyətində qalacaq. Yəqin ki, Qərbin müəyyən siyasi dairələri bir gün Parisə bu sualı ünvanlayacaqlar.

Nəticə etibarilə, Fransa parlamentinin qəbul etdiyi son qətnamə sülhə xidmət edən sənəd deyil, siyasi ambisiyaların və yanlış hesablanmış xarici siyasətin məhsuludur. Bu cür yanaşma Fransanı regionda proseslərin mərkəzinə deyil, kənarına itələyir, Qərbin Cənubi Qafqazdakı rolunu isə daha da zəiflədir. Reallıq isə dəyişməz qalır: regionda davamlı sülh yalnız tərəflərin birbaşa dialoqu və beynəlxalq hüquqa əsaslanan balanslı yanaşma ilə mümkündür. Hansısa ölkənin parlamentinin qərarları isə adi kağız parçasından başqa bir şey deyil.

"Report" İnformasiya Agentliyi

Paylaş

Xəbər lenti

Anar Bayramov: Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır Bu gün, 12:48 ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir Bu gün, 12:48 Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI Bu gün, 12:48 Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq Bu gün, 12:48 72 min tibb işçisinin maaşı artırılır - Yeni sistem nəyi dəyişəcək? Bu gün, 12:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1114-ə çatıb Bu gün, 12:48 Tibb işçilərinə ŞAD XƏBƏR - Maaş artımının əsas səbəbləri AÇIQLANDI Bu gün, 12:48 Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq Bu gün, 12:48 İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? Bu gün, 11:48 Mal əti bahalaşdı Bu gün, 11:48 Azərbaycanda bu tibb işçilərinin əməkhaqları ARTIRILIR Bu gün, 11:48 İlham Əliyev Vyetnam Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular Bu gün, 11:48 Bakıda tıxacda qalmamağın yeni yolları - "Neftçilər" və "Elmlər"ə... Bu gün, 11:48 Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır Bu gün, 11:48 Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub Bu gün, 11:48 Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir Bu gün, 11:48 Trampdan Folklend adaları ilə bağlı diqqətçəkən açıqlama Bu gün, 11:48 Pakistan və İrandan bir milyon əfqan deportasiya edilib Bu gün, 10:49 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər Bu gün, 10:48 "Qalatasaray"dan yeni transfer bombası - Artıq İstanbuldadır Bu gün, 10:48 28 yaşlı sosial media fenomeni qaçırılaraq öldürülüb – 7 həftəlik hamilə olduğu üzə çıxıb Bu gün, 10:48 Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı Bu gün, 10:48 Goranboyun Nizami və Xoylu kəndlərinin sakinləri sursat anbarında yanğınla bağlı təxliyə ediliblər Bu gün, 10:48 Yeni tədris ili üzrə I sinfə elektron qəbul sentyabrın 3-də başa çatacaq Bu gün, 10:48 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar Bu gün, 09:48 "7-8 dəfə dərman vurduq, amma təsiri olmadı" - Fermerləri çarəsiz qoyan problem nədir? Bu gün, 09:48 Paytaxtda yataqxana sakinlərinin illərdir həllini tapmayan PROBLEMİ Bu gün, 09:48 Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 5 dollara yaxın BAHALAŞDI Bu gün, 09:48 Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub Bu gün, 08:48 Goranboyda sursat anbarında YANĞIN Bu gün, 08:48 Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI Bu gün, 08:48 ABŞ İranın hərbi hədəflərinə zərbə endirib Bu gün, 08:48 Bu gün Bakının iki rayonunda işıq olmayacaq Bu gün, 08:48 Bakıda bu yollarda tıxac yaranıb Bu gün, 08:48 "Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi Bu gün, 08:48 Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR