10-02-2026, 15:48 206

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb və onu Azərbaycana dəvət edib.

Bu barədə AVESTA.AZ-ə QMİ-dən məlumat verilib.

Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana gəlməsini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.

QMİ sədri qeyd edib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrinin inkişafına qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini ictimaiyyət nümayəndələri ilə məhsuldar və səmərəli görüşlər böyük töhfə verir:

"Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafının dinlərarası əlaqələrimizin dərinləşməsinə rəvac verməsi təqdirolunası haldır. Dini mərkəzlər - Vatikanla QMİ arasında onilliklərə dayanan, Uca Yaradanın buyurduqlarına istinadən səmərəli dini-mənəvi münasibətlər dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə olan örnək nümunədir".

A. Paşazadə 2027-ci il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin, Ümummilli Heydər Əliyevlə Müqəddəs İohann Pavel arasında ilk görüşün 30-cu ildönümü qeyd olunacağı ildə Roma Papasının Azərbaycana səfərinin xüsusilə əlamətdar olar. Bununla əlaqədar Şeyxülislam A.Paşazadə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası XIV Leoya təqdim edib.

QMİ sədri qeyd edib ki, Azərbaycan və Ermənistan siyasi liderlərinin regionda sülh üçün böyük, davamlı səylər göstərdiyi bir zamanda erməni kilsəsinin bu prosesi tanımaması, Uca Yaradana xoş gedən sülhü dəstəkləməməsi təəssüf doğurur. Revanşist mövqedən çıxış edən erməni kilsəsinin dini abidələrinin dağıdılması ilə bağlı yaydığı məlumatların doğru olmadığını, Bakının mərkəzi hissəsində erməni kilsəsinin mövcudluğunu qeyd edən Şeyxülislam A. Paşazadə Pontifikin Azərbaycana səfəri zamanı bu reallıqları bilavasitə müşahidə edə biləcəyini vurğulayıb.

Şeyxülislam A. Paşazadə Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlıq müstəvisində əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyinə diqqəti çəkib, QMİ-nin Vatikanda nümayəndəliyinin təsis olunmasının bu prosesə böyük töhfə verə biləcəyini vurğulayıb.

Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində ölkədəki dinlərarası münasibətlərin yüksək səviyyəsindən bəhs edib.

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycanda hökm sürən etnik-dini harmoniya mühitindən və multikulturalizm modelindən bəhs edib.

Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili multikultural Azərbaycanda alban-udilərin tarixi dini-mədəni irsinin qayğı ilə qorunub saxlanılmasından, dini abidələrinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsindən danışıb, Müqəddəs Ana kilsəsinin şəklini hədiyyə olaraq gətirdiyini bildirib.

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev, həmçinin, Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verib.

Azərbaycanda dinlərin tarixini, dini abidələrini, ölkəmizdə hökm sürən dini harmoniyalı həyatı, tolerantlıq mühitini əks etdirən, işğal dövründə vandalizmə məruz qalmış İslam dini abidələri barədə ətraflı məlumatları ehtiva edən dəyərli nəşrlər Papa XIV Leo həzrətlərinə hədiyyə olaraq təqdim edilib. Görüşdə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edib. Roma Papası XIV Leonun şəxsi dəvəti ilə Vatikanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə Azərbaycandakı dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 9-da Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin ilə görüşüb. Şeyxülislam A. Paşazadə Kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, Azərbaycan xalqının, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın salamlarını Kardinal Pyetro Parolinə yetirmişdir. Şeyxülislam A. Paşazadə Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Mehriban xanım Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondunun Vatikanda katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə sıx əməkdaşlığını, Vatikan kitabxanasında Azərbaycan tarixinə dair arxiv əlyazmalarının rəqəmsallaşdırılmasını yüksək dəyərləndirmişdir. QMİ sədri Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yeni katolik kilsəsinin tikintisinin ölkəmizin multikultural siyasətinin bariz nümunəsi olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məqamlara dair fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Kardinal P. Parolin xüsusi vurğulanmışdır ki, dinlərarası dialoq çox vacibdir və ən effektiv vasitədir. Kardinal P.Parolin Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayıb, bunun bütün region, dünya üçün mühüm hadisə kimi dəyərləndirib. Şeyxülislam A. Paşazadə məmnuniyyətlə bildirib ki, kardinal Pyetro Parolin Azərbaycanın sivilizasiyalararası dialoq prosesində rolu, multikultural mühiti, dinlərarası səmərəli əməkdaşlıq və dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə kifayət qədər məlumatlıdır. Əlavə edib ki, Azərbaycan dövləti və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi sivilizasiyalararası dialoq, dinlərarası əməkdaşlıq prosesinin fəal iştirakçısıdır və bu prosesə real töhfələr vermək iqtidarında və əzmindədir. Şeyxülislam A. Paşazadə bildirmişdir ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın Vatikandakı səfirliyi ilə bərabər bu il Ramazan ayında – martın 9-da Vatikanda İftar mərasimi keçirmək niyyətindədir. QMİ sədri əlavə etmişdir ki, Roma Papasının dünya müsəlmanlarına ənənəvi müraciətnaməsinin bu mübarək mərasimdə bəyan edilməsi olduqca dəyərli rəmz olardı. Şeyxülislam A. Paşazadə qeyd etmişdir ki, Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid, kilsə və məbədləri yenidən bərpa və inşa edir. QMİ sədri əlavə edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə Vatikanın dəstəyini bu illər ərzində hiss etmişik və buna görə minnətdarıq. Söhbət əsnasında Şeyxülislam A. Paşazadə erməni kilsəsi tərəfindən erməni dini abidələrinin guya dağıdılmasına dair yayılan məlumatların yalan, iftira olduğuna diqqəti çəkmişdir. Fevralın 10-da Şeyxülislam A. Paşazadə Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə Kardinalın uzun illər əvvəl ölkəmizdəki fəaliyyəti xatırlanıb. Kardinal Qucerotti Azərbaycanla Vatikan arasında mövcud əlaqələri yüksək dəyərləndirib. Bildirib ki, dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizm siyasəti, ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması sülhə ən böyük töhfədir. Şeyxülislam A.Paşazadənin dinlərarası əməkdaşlıq müstəvisində xidmətlərini yüksək dəyərləndirən kardinal Qucerotti QMİ sədrinin Roma Papası XIV Leonun şəxsi dəvəti ilə Vatikana səfərini olduqca vacib hadisə kimi qiymətləndirib. Görüşdə, həmçinin, Vatikanın Mədəniyyət və təhsil Dikasteriyasının prefekti Kardinal Xose Tolentino Mendonça iştirak edib. Görüşlərdə Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak ediblər.

Paylaş

Xəbər lenti

Sabah bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 00:48 Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ Bu gün, 00:48 Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır Bu gün, 00:48 Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ Dünən, 23:48 Sabah bir rayonda qaz olmayacaq Dünən, 23:48 Şəmkirdə ölüm hadisəsi baş verib Dünən, 23:48 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur" Dünən, 23:48 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu Dünən, 23:48 İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib Dünən, 22:48 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan Dünən, 22:48 Bakıda jurnalistlərə hücum edənlər saxlanıldı Dünən, 22:48 Göygöldə evdən meyit tapıldı Dünən, 22:48 Anthropic-in daxili məlumatları süni intellekt startapının əlinə keçdi Dünən, 22:48 FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb Dünən, 22:48 "Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı Dünən, 21:48 Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR Dünən, 21:48 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib Dünən, 21:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Dünən, 21:48 Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib Dünən, 21:48 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb Dünən, 20:48 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Dünən, 20:48 Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir Dünən, 20:48 Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb Dünən, 20:48 Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib Dünən, 20:48 Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib Dünən, 20:48 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA Dünən, 19:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib Dünən, 19:48 Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib Dünən, 19:48 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər Dünən, 19:48 ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib Dünən, 19:48 Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları... Dünən, 19:48 Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub Dünən, 19:48 38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Dünən, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Dünən, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Dünən, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Dünən, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Dünən, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Dünən, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Dünən, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Dünən, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Dünən, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Dünən, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Dünən, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Dünən, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Dünən, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Dünən, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Dünən, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR