13-02-2026, 14:48 238

Böyük Qayıdış: Ağdərə rayonunda məskunlaşan uşaqlar tibbi yoxlamalara cəlb olunublar

Səhiyyə Nazirliyinin strukturuna daxil olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunda məskunlaşmış azyaşlılar üçün səyyar formada kompleks tibbi müayinələr baş tutub.

AVESTA.AZ xəbər verir ki, bu barədə nazirlik rəsmi açıqlama yayıb.

Keçirilən tibbi tədbirin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması, xüsusilə də işğaldan azad olunmuş ərazilərə köçən ailələrin və onların övladlarının yüksəksəviyyəli tibbi xidmətlərlə əhatə olunmasıdır.

Səyyar aksiya zamanı İnstitutun peşəkar heyəti - pediatrlar, kardioloqlar, nevroloqlar, oftalmoloqlar, endokrinoloqlar, otorinolarinqoloqlar və digər ixtisas sahibləri xidmət göstəriblər.

Yoxlamalar zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti təhlil edilib, profilaktik baxışlar keçirilib, eləcə də zəruri laborator və instrumental müayinələr icra olunub. Aşkar edilən xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə geniş izahat verilib, ehtiyac duyulduqda uşaqların ixtisaslaşmış tibb müəssisələrində müalicəyə cəlb olunması və dispanser nəzarətinə alınması üçün müvafiq istiqamətlər müəyyənləşdirilib.

Aksiya çərçivəsində valideynlər arasında maarifləndirmə işləri də aparılıb; onlara uşaqların düzgün inkişafı, rasional qidalanma rejimi, vaksinasiya prosesi, mövsümi xəstəliklərdən qorunma yolları və sağlam həyat tərzinin vacibliyi barədə ətraflı məlumatlar çatdırılıb. Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tibbi briqadası tərəfindən Ağdərə rayonunda ümumilikdə 100-ə yaxın uşaq hərtərəfli tibbi baxışdan keçirilib.

Müayinə prosesində azyaşlıların ümumi klinik və antropometrik göstəriciləri yoxlanılıb, görmə və eşitmə funksiyaları test edilib, ürəyin exokardioqrafiyası, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi (USM) həyata keçirilib və nevroloji statusları qiymətləndirilib.

Qeyd etmək lazımdır ki, "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq, azad edilmiş torpaqlarda səhiyyə infrastrukturunun mərhələli şəkildə qurulması və əhalinin tibbi təminatının yaxşılaşdırılması məqsədilə mütəmadi tədbirlər görülür. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun təşkilatçılığı ilə reallaşdırılan bu səyyar tibbi aksiyalar da həmin tədbirlər planının tərkib hissəsi kimi bölgədəki uşaqların sağlamlığının mühafizəsinə ciddi dəstək verir. Səhiyyə Nazirliyi tərəfindən gələcək dövrlərdə də işğaldan azad olunmuş və bərpa edilən ərazilərdə uşaqlar və digər əhali qrupları üçün həm profilaktik, həm də müalicəvi xarakterli tibbi aksiyaların davamlı şəkildə təşkili nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48 Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb Dünən, 22:48 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır Dünən, 22:48 Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Dünən, 22:48 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Dünən, 21:48 "Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi Dünən, 21:48 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir Dünən, 21:48 Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər Dünən, 21:48 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb Dünən, 21:48 Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası Dünən, 20:48 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır Dünən, 20:48 "Qarabağ"ın işi çətinləşdi: "Neftçi" hesabı artırdı Dünən, 20:48 700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti Dünən, 20:48 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb Dünən, 20:48 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb Dünən, 19:48 Gəncədəki raket hücumunun dəhşətli izləri: "Bir gecənin içində beş şəhidimiz oldu" Dünən, 19:48 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib Dünən, 19:48 "Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi Dünən, 19:48 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular Dünən, 18:48 "Azərişıq"dan yanlışlıq - Məlumat lövhəsində səhv Dünən, 18:48 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib Dünən, 18:48 Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb Dünən, 18:48 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Dünən, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Dünən, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Dünən, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Dünən, 17:48 Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq? Dünən, 17:48 Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq? Dünən, 16:48 Prezident Valeh Ələsgərovu təltif etdi Dünən, 16:48 Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi Dünən, 16:48 Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır Dünən, 16:48 Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Dünən, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Dünən, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Dünən, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Dünən, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Dünən, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Dünən, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Dünən, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Dünən, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Dünən, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Dünən, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Dünən, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Dünən, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Dünən, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR