15-12-2022, 18:54 710

Əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişib

Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişib.

"AVESTA.AZ"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliklə əmək pensiyasının sığorta hissəsi, qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə məbləği ildə bir dəfə ölkə üzrə orta müəyyən edilmiş aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Digər bir dəyişikliklə isə qanunun 29-cu maddəsinin 2-ci bəndi çıxarılır. Həmin bənd hazırda belədir: "Qanun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır".

Qanuna dəyişikliyin arayış hissəsində qeyd edilib ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyalarının ümumi məbləğinin (əlavələrlə birlikdə) yenidən hesablanmasına münasibətdə əməkhaqqı, dövlət məvacibindəki sonrakı artımların təyin edilmiş ümumi pensiya məbləğinin indeksləşdirilməsi ilə əvəz edilməsi ilə əlaqədar qanun bu maddəsinə dəyişiklik edilməsi zərurəti yaranıb. 29-cu maddəyə edilən dəyişikliklə, artıq hər il həmin şəxslərin əmək pensiyasının əlavələrlə birlikdə ümumi məbləği də qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdiriləcək.

Paylaş

Xəbər lenti

50 yaşını qeyd edən Tünzalə Ağayeva: "Deyirlər yaşını demə!" Bu gün, 00:48 Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar Bu gün, 00:48 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir Dünən, 23:48 Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq Dünən, 23:48 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb Dünən, 23:48 Putin: Rusiya və Ukrayna razılığa gələ bilər Dünən, 23:48 Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb Dünən, 22:48 Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar Dünən, 22:48 Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK Dünən, 22:48 Tünzalə Ağayevadan eşq etirafı: "Evlənməyə yox, amma …." Dünən, 22:48 Tünzalə Ağayeva: "Sevginin yaşı yoxdur" Dünən, 22:48 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI Dünən, 21:48 Bakıda binada uçqun Dünən, 21:48 Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi Dünən, 21:48 Vətən müharibəsi qazisi qətlə yetirildi Dünən, 21:48 Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Dünən, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Dünən, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Dünən, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Dünən, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Dünən, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Dünən, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Dünən, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Dünən, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Dünən, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Dünən, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Dünən, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Dünən, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Dünən, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Dünən, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Dünən, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Dünən, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Dünən, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Dünən, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Dünən, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Dünən, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Dünən, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Dünən, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Dünən, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Dünən, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Dünən, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Dünən, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Dünən, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Dünən, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Dünən, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Dünən, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR