23-02-2026, 14:48 220

Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib

17-22 may 2026-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA Agentliyi) birgə təşkilatçılığı ilə "WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu" mövzusunda məlumatlandırma sessiyası keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə WUF13-ün əsas mövzusu - "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" barədə məlumat təqdim edilib, sessiya zamanı səmərəli və daha effektiv işıqlandırma üçün istiqamətlər və tövsiyələr verilib.

Məlumatlandırma sessiyasında açılış nitqi ilə çıxış edən WUF13-ün milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva iştirakçıları salamlayaraq vurğulayıb ki, WUF13 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi son illər şəhərsalma sahəsində həyata keçirilən genişmiqyaslı tədbir və islahatların məntiqi davamıdır və ölkəni növbəti dəfə qlobal gündəliyin mərkəzinə çıxarır. Bundan irəli gələn məsuliyyətlər, çağırışlar və imkanlar bütün maraqlı tərəflərlə yanaşı, medianın da üzərinə mühüm vəzifələr qoyur. Məlumatlandırma sessiyasının vacibliyini vurğulayaraq o, media nümayəndələrini tədbirə hazırlıq prosesində, tədbir zamanı, habelə WUF13-dən sonra da şəhərsalma mövzusunun ardıcıl və peşəkar şəkildə işıqlandırılmasına fəal töhfə verməyə çağırıb.

Daha sonra BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave qeyd edib ki, 2026-cı ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan olunması və WUF13 tədbirinin Azərbaycanda təşkili beynəlxalq diqqətin regiona yönəlməsinə və konkret, davamlı nəticələrin əldə edilməsinə unikal imkan yaradır. Onun sözlərinə görə, əsas məqsəd forumun nəticələrini milli təcrübəyə inteqrasiya etmək, institusional mexanizmləri gücləndirmək, mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək, uzunmüddətli tərəfdaşlıqlar qurmaq və insanyönümlü şəhərsalma yanaşmasını təşviq etməkdir. Anna Soave, həmçinin vurğulayıb ki, tədbirdə aparılacaq müzakirələr layiqli mənzil təminatı, mobillik, əlçatanlıq, ekoloji dayanıqlılıq və inklüziv şəhərsalma istiqamətlərində irəliləyişlərə təkan verəcək. O, bu prosesdə medianın əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Məlumatlandırma sessiyasında iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinə müraciət edərək qeyd edib ki, WUF13 çərçivəsində keçirilən tədbir dayanıqlı şəhərsalmanın inkişafı ilə medianın məsuliyyətli və maarifləndirici rolunun vəhdətini ön plana çıxarır. O bildirib ki, müasir urbanizasiya prosesləri yalnız infrastruktur və texnoloji yeniliklərlə deyil, həm də ictimai məlumatlandırma, şəffaf kommunikasiya və düzgün informasiya siyasəti üzərində qurulmalıdır. Natiq Məmmədli vurğulayıb ki, media şəhərsalma təşəbbüslərinin obyektiv çatdırılmasında, ictimai fəallığın artırılmasında körpü rolunu oynayır.

Sessiyanın davamında WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən iştirakçılara davamlılıq və inklüzivlik mövzularında, eləcə də Ümumdünya Şəhərsalma Forumunun mahiyyəti barədə və Azərbaycanın şəhərsalma inkişafı və dayanıqlılıq siyasəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, WUF13 çərçivəsində gerçəkləşən Azərbaycan Şəhərsalma Kampaniyası haqqında da ətraflı məlumat verilib. Şəhərsalma sahəsində ən mühüm və aktual məsələləri əhatə edən praktiki məşğələ keçirilib.

Ümumdünya Şəhərsalma Forumunun əvvəlki sessiyalarını və ümumilikdə şəhərsalma məsələlərini işıqlandırma sahəsində geniş təcrübəyə malik beynəlxalq jurnalist Laura Puttkamer məlumatlandırma sessiyasına onlayn şəkildə qoşularaq, media nümayəndələrinə öncəki sessiyalardakı təcrübələrindən və WUF13-də əhatə edə biləcəkləri mövzular və işıqlandıracaqları məsələlər barədə praktiki tövsiyələrini bölüşüb.

Sessiyanın sonunda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən media nümayəndələrinə Bakı Olimpiya Stadionunda tədbir zamanı fəaliyyət göstərəcək media mərkəzi və media imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, məlumatlandırma sessiyaları silsilə xarakter daşıyır və WUF13 tədbirinədək bir neçə dəfə media nümayəndələri üçün təşkil ediləcək.

bmt

Paylaş

Xəbər lenti

"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Bu gün, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Bu gün, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Bu gün, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Bu gün, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Bu gün, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Bu gün, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Bu gün, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Bu gün, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Bu gün, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Bu gün, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Bu gün, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Bu gün, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Bu gün, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Bu gün, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Bu gün, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Bu gün, 12:48 Cəlilabadda ev yanıb Bu gün, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Bu gün, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Bu gün, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Millinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib Bu gün, 11:48 Futzal üzrə Çempionlar Liqası: "Araz-Naxçıvan"ın bütün rəqibləri bəlli olub Bu gün, 11:48 Venesuela ABŞ ilə 25 illik neft sazişinin maliyyə şərtlərini açıqladı Bu gün, 11:48 Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ Bu gün, 10:48 "Real Madrid" gənc ispaniyalı futbolçunu heyətinə qatır Bu gün, 10:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəlib Bu gün, 10:48 Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib Bu gün, 10:48 Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib Bu gün, 09:48 Bu gün Türkiyənin Zəfər Bayramı günüdür Bu gün, 09:48 Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb Bu gün, 09:48 Azərbaycanlı sürücülər 15 gündür İranda QALIB: 100 minlərlə manatlıq yük xarab oldu Bu gün, 09:48 Misli Premyer Liqası: "Zirə" "Neftçi" ilə üz-üzə gələcək Bu gün, 09:48 Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb Bu gün, 09:48 "Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR