19-12-2022, 12:40 574

İki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında iclası keçirilib.

Bu barədə "AVESTA.AZ"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri Bəxtiyar Əliyev iclasın gündəliyinə iki məsələnin daxil olduğunu deyib.

Komitə sədri əvvəlcə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirib ki, layihəyə komitə iclaslarında və plenar iclaslarda birinci və ikinci oxunuşlarda baxılıb. Hər hansı əlavə və dəyişiklik təklif olunmayıb.

Sənəd Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırlanıb.

Komitə üzvləri qanun layihəsini üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra Bəxtiyar Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “ Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O diqqətə çatdırıb ki, sənəd 2019-cu il 22 oktyabr tarixdə qəbul edilmiş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Qanunun icrası ilə əlaqədar hazırlanıb. Buna uyğun olaraq, layihədə adları çəkilən qanunlarda müvafiq dəyişikliklər təklif olunur.
Bildirilib ki, qeyd edilənlərlə bağlı “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlara eyni məzmunlu yeni maddələrin əlavə olunması nəzərdə tutulub.

Əlavələrə əsasən, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər. Habelə, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Komitə üzvü Ceyhun Məmmədov çıxış edərək, təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyib. O, bu sahədə təbliğat və maarifləndirmə tədbirlərinin görülməsinin vacibliyinin qeyd edib.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin sədr müavini Musa Qasımlı, üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev iştirak ediblər.

Paylaş

Xəbər lenti

Xaçmazda yük qatarının vurduğu şəxs öldü Bu gün, 11:48 Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!" Bu gün, 11:48 Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib Bu gün, 11:48 Azərbaycan Prezidenti Sadır Japarovu təbrik edib Bu gün, 11:48 İlham Əliyev Malayziya Kralına: Əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək Bu gün, 11:48 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı Bu gün, 11:48 Operativlik, effektivlik, proqres - Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır Bu gün, 11:48 İlham Əliyev Trinidad və Tobaqo prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub Bu gün, 11:48 Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" Bu gün, 11:48 DYP yağışa görə sürücülərə MÜRACİƏT ETDİ Bu gün, 11:48 Xulian Alvarez "Barselona"ya keçir? - "Atletiko"dan yazılı razılıq gəldi Bu gün, 10:48 Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb Bu gün, 10:48 Bakıda yayın son konserti keçirilib Bu gün, 10:48 Müəllimlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır Bu gün, 10:48 Daha 2 xarici sığorta brokeri Azərbaycan bazarına daxil olub Bu gün, 10:48 3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 "Mercedes"lə "Range Rover" toqquşdu Bu gün, 10:48 Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib Bu gün, 10:48 Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib Bu gün, 10:48 İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib Bu gün, 10:48 "Prius" manevr edərkən hadisə törədib, qaçdı Bu gün, 10:48 Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı Bu gün, 09:48 Kriptobazarda eniş dərinləşir: Bitcoin 78 min dollardan aşağı düşdü Bu gün, 09:48 Prezidentin işgüzar səfərini işıqlandırmaq üçün Qırğızıstana yola düşürlər Bu gün, 09:48 Nepalda daşqında ölənlərin sayı 900-ü ötdü Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq Bu gün, 09:48 Tanımadığı şəxsi ailəsinin gözü qarşısında döydü, cəzalandırıldı Bu gün, 09:48 Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu Bu gün, 08:48 Bakının 3 rayonunda qaz olmayacaq Bu gün, 08:48 ABŞ SEPAH mövqelərini vurdu, İran MQ-9-u hədəfə aldı Bu gün, 08:48 Bakının bu yollarında tıxac yaranıb Bu gün, 08:48 Bakının bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 08:48 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb Bu gün, 08:48 Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR