18-03-2026, 11:48 228

Muğam sənətinin

Bu gün Azərbaycan muğam sənətinin "Xan"ı adlandırılan Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir) anım günüdür. Onun vəfatından 47 il ötür.

Xan Şuşinski 20 avqust 1901-ci ildə Şuşada doğulub. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi var.

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olub. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olub. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağda konsertlər verib.

Xanın repertuarında "Mahnur-Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirib. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilib. Bundan sonrakı illərdə böyük məşhurluğa sahiblənib, bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçib.

1934-cü ildə Xan Şuşinski Tbilisi şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.1943-cü ildə birbaşa sürətdə olmaqla Azərbaycan Xalq Artisti adına layiq görülüb. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildəMəhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edib. Bu səfər zamanı Tehran da daxil olmaqla, dörd şəhərdə konsert verib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradıb. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub.

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qara göz"ü dinləməkdən zövq alıb.

Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olub.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Paylaş

Xəbər lenti

Azərbaycanlı tarzən vəfat etdi Bu gün, 11:48 Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub Bu gün, 11:48 Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq Bu gün, 11:48 "Roşka"ya hökm oxundu Bu gün, 11:48 "Survivor 2027"nin FANTASTİK UDUŞ MƏBLƏĞİ AÇIQLANDI Bu gün, 11:48 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu Bu gün, 11:48 Bu il 3148 abituriyent 600-dən yüksək bal toplayıb Bu gün, 11:48 İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 Serebral iflicdən əziyyət çəkən aktyor 34 yaşında vəfaf etdi Bu gün, 11:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib Bu gün, 11:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər Bu gün, 11:48 Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək Bu gün, 11:48 İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi Bu gün, 11:48 Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir Bu gün, 11:48 Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib Bu gün, 11:48 "Azeri Light" neftinin qiyməti 131 dolları ötüb Bu gün, 10:48 Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda motosiklet və skuter sürücülərinin törətdiyi qəzadan GÖRÜNTÜLƏR Bu gün, 10:48 AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb Bu gün, 10:48 Qara dənizdə PUA hücumuna məruz qalan gəminin heyətində 8 azərbaycanlı olub Bu gün, 10:48 NATO nümayəndələri Heydər Əliyev Mərkəzi və Zəfər Muzeyini ziyarət ediblər Bu gün, 10:48 Aşıq Zülfiyyə: "Bütün ailələrə gəlinim kimi gəlin qismət olsun" Bu gün, 10:48 İki prokurorluq əməkdaşı hakim təyin edildi Bu gün, 10:48 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb Bu gün, 09:48 Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər Bu gün, 09:48 Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb Bu gün, 09:48 Aeroport şosesində qəza baş verib, tıxac yaranıb Bu gün, 09:48 Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq Bu gün, 09:48 Haaland "Mançester Siti"dən ayrılıb "Barselona"ya keçə bilər Bu gün, 09:48 "Sabah" bu gün Çempionlar Liqasında "Slaviya Praqa" ilə qarşılaşacaq Bu gün, 09:48 Bakının bu rayonlarında işıq olmayacaq Bu gün, 08:48 IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir Bu gün, 08:48 Bakı metrosunda böyük yenilik: Milyonlarla dollar kredit ayrıldı Bu gün, 08:48 IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib Bu gün, 08:48 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı Bu gün, 08:48 İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR