
Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.
Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.