
Ağcabədi rayonunda həmkəndlisi ilə mübahisə edən şəxs bıçaqlanıb.
“AVESTA.AZ”un əldə etdiyi məlumata görə, hadisə rayonun Salmanbəyli kəndində yerləşən “Haramı düzü” adlanan sahədə qeydə alınıb
Belə ki, rayonun Salmanbəyli kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Elməddin Bəhmən oğlu həmkəndlisi Həsənov Kənan Həsən oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, K.Həsənovun qarın nahiyəsinə qəsdən 1 bıçaq zərbəsi endirib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.