23-12-2022, 10:40 767

FHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib.

"AVESTA.AZ"un xəbərinə görə, müraciətdə bildirilib ki, müasir texnologiyaların tətbiqinin genişlənməsi ilə tibb və sənaye müəssisələrində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüa mənbələrindən (rentgen diaqnostika və terapiya avadanlıqları, müxtəlif növ tədqiqat qurğuları və s.) istifadə halları da artır.

Qeyd edilib ki, lakin ionlaşdırıcı şüa mənbələrindən müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl edilmədən istifadə son nəticədə insan və ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir:

"Təəssüflə qeyd olunmalıdır ki, aparılan araşdırmalar nəticəsində bir sıra hallarda ionlaşdırıcı şüa mənbələrindən qanunvericiliyin, eləcə də müvafiq təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla istismarı hallarına yol verildiyi müəyyən edilib ki, bu da insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli fəsadlar yaradır. Bununla əlaqədar xatırladırıq ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli Fərmanına əsasən, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, istifadəsi, nəqli və saxlanılması sahəsindəki işlər yalnız xüsusi icazə alınmaqla həyata keçirilir və bu kimi icazələr Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilir".

Qeyd olunanları nəzərə alaraq, FHN mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladıb.

Vurğulanıb ki, belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

Paylaş

Xəbər lenti

Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb Bu gün, 20:48 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Bu gün, 20:48 Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir Bu gün, 20:48 Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb Bu gün, 20:48 Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib Bu gün, 20:48 Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib Bu gün, 20:48 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA Bu gün, 19:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib Bu gün, 19:48 Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib Bu gün, 19:48 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər Bu gün, 19:48 ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib Bu gün, 19:48 Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları... Bu gün, 19:48 Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub Bu gün, 19:48 38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Bu gün, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Bu gün, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Bu gün, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Bu gün, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Bu gün, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Bu gün, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Bu gün, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Bu gün, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Bu gün, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Bu gün, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Bu gün, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Bu gün, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Bu gün, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Bu gün, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Bu gün, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Bu gün, 16:48 AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək Bu gün, 16:48 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman Bu gün, 16:48 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb Bu gün, 16:48 Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı Bu gün, 15:48 Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Bu gün, 15:48 Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir? Bu gün, 15:48 Xuraman Əlizadəyə ağır itki üz verdi Bu gün, 14:49 Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir Bu gün, 14:49 Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb Bu gün, 14:49 Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb Bu gün, 14:49 Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib Bu gün, 14:49 Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar" Bu gün, 14:49 Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi Bu gün, 14:48 Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR