26-08-2022, 11:00 793

Azərbaycanın aqrar sektorunda dərman və pestisiddən istifadəyə necə nəzarət edilir?

Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da torpaq və su resurslarına qənaət etmək, bol meyvə-tərəvəz istehsal etmək üçün dərman preparatlarından və pestisidlərdən geniş istifadə olunur. Bəs onlardan istifadə normalara uyğundurmu? Bu məsələyə necə nəzarət olunur? "AVESTA.AZ" insan sağlamlığı baxımından həssas olan bu mövzu ilə bağlı araşdırma aparıb.

"Fermerlər istədikləri qədər dərman və pestisid tətbiq edirlər"

Aqrar sahə üzrə ekspert Köçəri Həsənov hesab edir ki, Azərbaycanda bu sahədə vəziyyət elə də yaxşı deyil: "Ölkəmizdə dərman və pestisidlərdən istifadəyə nəzarət elə də güclü deyil. Azərbaycanlı fermerlər məhsullarına istədikləri qədər dərman və pestisid tətbiq edirlər. Halbuki, dünyada kimyəvi tərkibli maddələrin meyvə və tərəvəz istehsalında tətbiqi getdikcə azaldılır. Hətta bəzi Avropa ölkələrində dərman və pestisidlərdən kənd təsərrüfatı məhsullarının istehalında istifadə qadağandır. Çünki onlar insan orqanizmi üçün zərərverici komponentlər yaradır".

Onun sözlərinə görə, normalara uyğun istehsal edilməmiş məhsulların zərərini isə daha çox onların yerli alıcıları, yəni vətəndaşlarımız çəkir. Ümumiyyətlə isə, Azərbaycan məhsulları əksər ölkələrin standartlarına cavab vermədiyi üçün xarici bazara elə də çox çıxarılmır: "Meyvə-tərəvəzdə olan dərman və pestisidlərin səviyyəsi laboratoriya analizlərində özünü birüzə verir. Tanıdığım bir neçə sahibkar ərəb ölkələrinə məhsul göndərmək istəyib. Onlardan nümunələr istənilib və göndərilmiş məhsullar standartlara cavab vermədiyinə görə, ərəblər bizim məhsulları qəbul etməkdən imtina ediblər. Hazırda məhsullarımız əsasən Rusiya da daxil olmaqla MDB ölkələrinə ixrac edilir və ucuz satılır. Bu isə fermerlərin az gəlir əldə etməsi deməkdir. Üstəlik digər xarici ölkələr bizim bazarlarda mövqelərini gücləndirirlər".

Qida Təhlükəsizliyi Agentliyi nə deyir?

Qida Təhlükəsizliyi Agentliyindən isə "AVESTA.AZ"a bildirilib ki, bitkiçilik məhsullarının yetişdirildiyi istər qapalı (istixana), istərsə də açıq təsərrüfat sahələrində yalnız dövlət qeydiyyatına alınmış preparatlardan istifadə edilməsinə icazə verilir. Bununla bağlı, agentliyin müfəttişləri təsərrüfat sahələrində mütəmadi monitorinqlər aparır. Bu zaman təsərrüfatda istifadə edilən preparatların dövlət qeydiyyatında olub-olmadığı, onların istifadə reqlamentinə uyğun tətbiq olunması, hər tətbiq arası, eləcə də, preparatın son tətbiqi ilə məhsul yığımı arasındakı gözləmə müddəti ilə bağlı qeydiyyatlara, həmçinin etiketinə uyğun saxlanma şəraitinə və digər məsələlərə diqqət yetirilir. Qeyd olunanlarla bağlı hər hansı uyğunsuzluq aşkar edildiyi təqdirdə, həm preparat, həm də bitkiçilik məhsulundan müvafiq qaydada nümunələr götürülərək, keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Sınaq nəticəsi uyğun olmayan, habelə digər uyğunsuzluqlar aşkar edilmiş istehsal müəssisələri barədə aidiyyəti qurumların iştirakı ilə yoxlamalar həyata keçirilir.

Hər preparatın istehsalçısı tərəfindən müəyyən edilən fərqli tətbiq normaları vardır. Bununla bağlı olaraq, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr qeydiyyata alınmazdan öncə dövlət sınağına göndərilir. Belə ki, sənəd və laborator ekspertizası uyğun olan preparatlar AQTA yanında fəaliyyət göstərən Ekspert Şurasının təyin etdiyi müvafiq elmi-tədqiqat müəssisələrinə göndərilir. Etiketində qeyd olunmuş bitki qrupları və istifadə normalarına uyğun olmaqla tarla və istehsalat sınaqları həyata keçirilmiş və hər hansı uyğunsuzluq açkar edilməmiş preparatlar barədə hesabatlar tərtib edilir. Agentliyə təqdim edilmiş hesabatlarda preparatların ölkə ərazisində tətbiq reqlamenti işlənib hazırlanır ki, agentlik həmin tətbiq reqlamentlərini nəzərə anmaqla, preparatları dövlət qeydiyyatına alır”.

Paylaş

Xəbər lenti

Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Bu gün, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Bu gün, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Bu gün, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Bu gün, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Bu gün, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Bu gün, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Bu gün, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi Bu gün, 18:48 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Bu gün, 18:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq Bu gün, 18:48 Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Bu gün, 18:48 Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var Bu gün, 18:48 Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı Bu gün, 17:48 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər Bu gün, 17:48 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib Bu gün, 17:48 Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı Bu gün, 17:48 Prokuror Kamran Əsədova cəza istədi Bu gün, 17:48 Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub Bu gün, 17:48 Aliment məbləği müzakirə edildi Bu gün, 17:48 "İsmayıllı şoru", "İvanovka qatığı" adı ilə alıcılar ALDADILIB Bu gün, 16:51 Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək Bu gün, 16:51 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir Bu gün, 16:50 Noyabrın 9-u bu yollar BAĞLANACAQ Bu gün, 16:50 Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib Bu gün, 16:50 "Global Media Group"da 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşları ilə görüş keçirilib Bu gün, 16:50 83 yaşlı Əlövsət Polad vəfat etdi Bu gün, 16:49 Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib Bu gün, 16:49 Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib Bu gün, 16:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 15:49 Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir? Bu gün, 15:49 Maaşlar artıq SAATLA HESABLANACAQ: Kimlər daha çox qazanacaq? Bu gün, 15:49 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb Bu gün, 15:49 Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər Bu gün, 15:49 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir Bu gün, 15:49 Bu tarixə qədər hava PİS KEÇƏCƏK - XƏBƏRDARLIQ Bu gün, 15:48 Göyçayda Şəhidlər xiyabanına yürüş keçirilib Bu gün, 15:48 Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 günfaizsiz nağd kredit! Bu gün, 15:48 Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi Bu gün, 15:48 "McDonald"s Azərbaycan" və DSMF-nin birgə layihəsi çərçivəsində "Zəfərin varisləri" proqramına start verilir - FOTO Bu gün, 14:48 Azərbaycanda gələn il güzəşt və azadolmaların ümumi məbləği açıqlanıb Bu gün, 14:48 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər Bu gün, 14:48 PAŞA Real Estate Qrup və "Zəfər" İctimai Birliyi Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edib Bu gün, 14:48 İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Bu gün, 14:48 Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub Bu gün, 14:48 Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR