27-04-2026, 17:48 186

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.

BAKU.WS xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Sizi səmimiyyətlə salamlayıram.

Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.

Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.

Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.

Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.

Cənab Baş nazir, bir daha Azərbaycana xoş gəlmisiniz.

x x x

Sonra Çexiyanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Andrey Babişin bəyanatı

- Cənab Prezident.

Burada, iqamətgahınızda məni çox səmimiyyətlə qəbul etdiyinizə görə Sizə çox minnətdaram. Bunu həqiqətən yüksək dəyərləndirirəm və mənim üçün böyük şərəfdir. Şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk.

Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir.

Bu gün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.

Cənab Prezident, biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında Sizinlə uzunmüddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə, bu sahədə de-fakto bizim strateji tərəfdaşımız ola bilər.

Çox şadam ki, Siz Hökumətlərarası Komissiyanın iclasını keçirməyi təklif etmisiniz və düşünürəm ki, Sizin tərəfdən komissiyaya təyinatı artıq öyrənmişik. Bizim tərəfdən isə Baş nazirin birinci müavini Karel Havliçek olacaq və o, danışdığımız bütün məsələləri əhatə edəcək.

Əlbəttə ki, enerji bizim üçün olduqca vacibdir. Həmçinin vacibdir ki, Avropa anlasın: onun bəzi direktivləri, əslində, qeyri-Avropa təchizatçılarına zərər vurur və Avropada yalnız iki qaz təchizatçısının olması bizim üçün yaxşı deyil. Bir sözlə, biz həmin təchizatda maraqlıyıq və düşünürəm ki, uzunmüddətli müqavilələri imzalamağa hazırıq.

Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. "ŞKODA Daşımalar" ölkəmizin, bəlkə də ən iri iqtisadi "PPF Qrupu"nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır. Bilirik ki, qarşımızda Çin var, lakin biz çox bacarıqlıyıq və bunlar tarixən bizim qanımızdadır. Çexoslovakiya dünyada on ən çox sənayeləşmiş ölkələrdən biri olub və mən əminəm ki, biz bir kapital ola bilərdik. "Çekoslova Qrup" burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik.

"Aero Vodoxodı" şirkəti köhnəlmiş "L-39" təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni "L-39NG" təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq. "Kolt" şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır.

Bir sözlə, bu haqda biz bu gün biznes-forumda danışacağıq. Əlbəttə, başqa variantlarımız da var. Siz burada yükdaşımalarında fəal olan şirkətinizi qeyd etdiniz və biz onda təbii ki, maraqlıyıq. Bir faktı da qeyd etdik. Karlovı Varıda yeni layihə haqqında danışdıq və istərdik ki, hava limanı və onun uçuş zolağı genişlənsin. Beləliklə, bu, Çex Respublikasının sərmayə yatıracağımız yeni strateji əhəmiyyətə malik hava limanı ola bilərdi. Nəticədə ölkələrimiz arasında turizmə və inkişafa töhfə ola bilərdi. Bir sözlə, bu gün bir çox məsələləri müzakirə etdik.

Bütün bunlardan çox məmnunam. Çox yaxşı hisslər keçirirəm. Söhbətimiz xüsusi oldu və təbii ki, biz, ümumiyyətlə, dünyadakı vəziyyət haqqında danışdıq. Lakin bu gün buraya iqtisadi münasibətlərimizi sürətləndirməyə və intensivləşdirməyə gəlmişik. Həmin layihələrin sayı çoxdur. Biz hazırıq, sürətli və çevik olacağıq.

Ayırdığınız vaxta, ölkənizə səfər etmək imkanına görə çox minnətdaram. Əla qəbula görə təşəkkür edirəm. Bütün bunları, həqiqətən yüksək dəyərləndirirəm.

***13:01

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***12:59

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər.

Paylaş

Xəbər lenti

Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Bu gün, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Bu gün, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Bu gün, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Bu gün, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Bu gün, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Bu gün, 20:48 Politoloq: Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması sərhədlərimizə nəzarəti təmin etdi Bu gün, 20:48 Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı" Bu gün, 19:48 Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb" Bu gün, 19:48 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq Bu gün, 19:48 Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!" Bu gün, 19:48 Tramp "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb Bu gün, 18:49 RİNN, AZCON Holding və "Franklin Templeton" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 18:49 Vətən müharibəsinin xüsusi təyinatlısı: "Bizi minaatanla vururdular" Bu gün, 18:49 Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib Bu gün, 18:49 Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü Bu gün, 18:48 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq Bu gün, 18:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar Bu gün, 17:48 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb Bu gün, 17:48 Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" Bu gün, 17:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb Bu gün, 17:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Bu gün, 17:48 Corc Rassell: "Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı" Bu gün, 17:48 İtkin düşən 5 nəfər ötən gün tapılıb Bu gün, 17:48 Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq" Bu gün, 17:48 Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir Bu gün, 16:48 "Formula 1": "Aston Martin"in daha bir pilotu Bakıdakı yarışda mübarizəni dayandırıb Bu gün, 16:48 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib Bu gün, 16:48 Bakıda valideynləri dalaşan qız ölümdən döndü Bu gün, 16:48 İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 16:48 Qeyri-neft-qaz ixracında rekord artım Bu gün, 16:48 "Formula 1": "Maklaren"in pilotu Lando Norris qəza törədərək mübarizəni dayandırıb Bu gün, 16:48 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim" Bu gün, 16:48 İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb Bu gün, 16:48 "Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub Bu gün, 16:48 SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək Bu gün, 15:48 "Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib Bu gün, 15:48 Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı Bu gün, 15:48 Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlükləri açıqlanıb Bu gün, 15:48 SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb Bu gün, 15:48 Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq Bu gün, 15:48 Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək Bu gün, 15:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar Bu gün, 15:48 Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ Bu gün, 15:48 "Formula 1": Lens Stroll boliddəki problemə görə yarışdan kənarda qalıb Bu gün, 15:48 "Formula 1": Corc Rassellin Azərbaycan Qran-prisində liderliyi davam edir Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR