2-05-2026, 00:48 454

Mayın 1-də Heydər Əliyev Mərkəzində "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi baş tutub.

AVESTA.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Alyona Əliyeva, hökumət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, bu ekran əsəri yalnız bir tarixi şəxsiyyətin həyatını əks etdirmir, eyni zamanda, milli yaddaşın və mənəvi dəyərlərin bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır.

"Hacı Zeynalabdin Tağıyev bugünkü Azərbaycanı görə bilsəydi, yəqin ki, yalnız arzularının deyil, bəlkə də heç təsəvvür edə bilmədiyi bir gələcəyin gerçəkləşdiyinin şahidi olardı. Biz bu gün elə bir dövrdə yaşayırıq ki, Tağıyev dövründə əsası qoyulan quruculuq, millətçilik və maarifçilik ideyaları özünün ən parlaq ifadəsini tapır", - deyə Ayaz Salayev bildirib.

Daha sonra "TAĞIYEV: MƏKTƏB" bədii filminin nümayişi olub.

Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin sonuncu - dördüncü bölümüdür.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyətdir. O, çətinliklərlə üzləşir, amma geriyə addım atmır, zərbələr alır, amma daha güclü olur. Artıq yaşlı vaxtında tale onun üçün daha bir sınaq hazırlayır. O, parlaq gələcək üçün zəka, təhsil və dünyagörüşü hər kəsə əlçatan olmalıdır deyərək vacib qərar verir. Sonrakı nəsillərin bilikli və savadlı olması üçün verilən bu qərar nəticədə onun öz taleyi ilə yanaşı, millətinin də taleyini dəyişir.

"TAĞIYEV: MƏKTƏB" filmində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.

Filmin nümayişindən sonra çıxış edən filmin quruluşçu rejissoru Zaur Qasımlı, Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov və yaradıcı heyətin digər üzvləri ekran əsərinin ideya və çəkiliş prosesi barədə fikirlərini bölüşüblər.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva başda olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən bütün yaradıcı heyətə təşəkkür bildirilib. Qeyd olunub ki, layihənin yüksək səviyyədə hazırlanması komandada birgə əmək, peşəkarlıq və yaradıcı yanaşmanın nəticəsidir. Filmin çəkilişində iştirak edən hər kəsin zəhməti xüsusi olaraq vurğulanıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü "Tağıyev: Neft" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. "TAĞIYEV: MƏKTƏB"in təqdimatı da Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edir.

"Tağıyev" filminin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.

Məlumat üçün deyək ki, "Tağıyev: Neft" , "Tağıyev: Çar" və "Tağıyev: Sona" filmlərini ölkə üzrə kinoteatrlarda 200 minə yaxın tamaşaçı izləyib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.

Filmlərin ölkə daxilində və xaricində də geniş təqdimat mərasimləri olub. Həmçinin "Tağıyev: Neft" filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının ("Oscar") mükafatlarına "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-nin kino sənayesinin mərkəzinin - Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib.

Bununla yanaşı, bədii filmin ilk bölümü dünyada məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2 500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Məmməd Səfa, Mehriban Zəki, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və aktyorlar Manaf Dadaşov, Rövşən Ağayev, Rüstəm Cəbrayılov, Vüsal Hacıqədir, Sənan Əlləz, Dəniz Tacəddin, Fəridə Qurbanova, Rövşən Məmmədli, Namiq Ağayev, Kamran Yunis, Nofəl Şahlaroğlu, İsmayıl Kərimov, Nurlan Mürsəlzadə, Yusif Qasımlı, o cümlədən Rusiya və Belarusdan dəvət edilən peşəkar aktyor heyəti də daxil olmaqla geniş yaradıcı heyət filmdə tarixi personajları canlandırıb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz", "Sükut içində addımlar" və "Şuşa, sən azadsan!" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filmini ərsəyə gətirməklə Mərkəz Azərbaycanın tarixi kino sənayesinə öz növbəti dəyərli töhfəsini vermiş olur.

Paylaş

Xəbər lenti

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Bu gün, 12:48 Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir Bu gün, 12:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı Bu gün, 12:48 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir Bu gün, 12:48 Azərbaycanda bu ilin son iki ayında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub Bu gün, 12:48 23 illik təcrübə, peşəkar təmizlik: "Təmiz Xalı" Fabriki Bu gün, 12:48 Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək Bu gün, 12:48 Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir Bu gün, 12:48 Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram Bu gün, 12:48 Bakıda qadının bıçaqlanmasının təfərrüatı: Əsəb xəstəsi olan oğluna mane olmaq istəyirdi Bu gün, 12:48 Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar Bu gün, 12:48 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 12:48 Azərbaycanlı tarzən vəfat etdi Bu gün, 11:48 Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub Bu gün, 11:48 Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq Bu gün, 11:48 "Roşka"ya hökm oxundu Bu gün, 11:48 "Survivor 2027"nin FANTASTİK UDUŞ MƏBLƏĞİ AÇIQLANDI Bu gün, 11:48 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu Bu gün, 11:48 Bu il 3148 abituriyent 600-dən yüksək bal toplayıb Bu gün, 11:48 İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 Serebral iflicdən əziyyət çəkən aktyor 34 yaşında vəfaf etdi Bu gün, 11:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib Bu gün, 11:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər Bu gün, 11:48 Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək Bu gün, 11:48 İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi Bu gün, 11:48 Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir Bu gün, 11:48 Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib Bu gün, 11:48 "Azeri Light" neftinin qiyməti 131 dolları ötüb Bu gün, 10:48 Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda motosiklet və skuter sürücülərinin törətdiyi qəzadan GÖRÜNTÜLƏR Bu gün, 10:48 AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb Bu gün, 10:48 Qara dənizdə PUA hücumuna məruz qalan gəminin heyətində 8 azərbaycanlı olub Bu gün, 10:48 NATO nümayəndələri Heydər Əliyev Mərkəzi və Zəfər Muzeyini ziyarət ediblər Bu gün, 10:48 Aşıq Zülfiyyə: "Bütün ailələrə gəlinim kimi gəlin qismət olsun" Bu gün, 10:48 İki prokurorluq əməkdaşı hakim təyin edildi Bu gün, 10:48 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb Bu gün, 09:48 Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər Bu gün, 09:48 Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb Bu gün, 09:48 Aeroport şosesində qəza baş verib, tıxac yaranıb Bu gün, 09:48 Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq Bu gün, 09:48 Haaland "Mançester Siti"dən ayrılıb "Barselona"ya keçə bilər Bu gün, 09:48 "Sabah" bu gün Çempionlar Liqasında "Slaviya Praqa" ilə qarşılaşacaq Bu gün, 09:48 Bakının bu rayonlarında işıq olmayacaq Bu gün, 08:48 IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir Bu gün, 08:48 Bakı metrosunda böyük yenilik: Milyonlarla dollar kredit ayrıldı Bu gün, 08:48 IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR