
Qaxda yol qəzası olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəndə baş verib.
İran İslam Respublikasına məxsus yanacaqdaşıyan maşın idarəetmədən çıxaraq meşəlik əraziyə aşıb. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.