
Qax rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
“AVESTA.AZ”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaradolaq kəndi ərazisində baş verib.
Belə ki, Novruzov Ramin Abdulla oğlu idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən nəqliyyat vasitəsinin qarşısına at çıxıb.
Sürücü avtomobillə atı vurub. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə zamanı xəsarət alan sürücü R. Novruzov və onun sərnişini Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.