Bu gün, 10:48 73

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar elan olunub: Şirvan Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttiham aktına görə, 26 sentyabr 2012-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində M.Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb. M.Quluzadə əmisi oğlunun qətlində Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayılovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu öldürmək qərarına gəlib.

F.İsmayılovu izləyən M.Quluzadə onun mağazaya girdiyini görəndən sonra maşınını idarə edən qohumu Xəyal Quluzadəni oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib. Özü isə avtomaşında gözləyib. O, F.İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib, avtomatik odlu silahdan (tapança-pulemyot) fasiləsiz olaraq 24 atəş açıb. F.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən M.Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə M.Quluzadə 14 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kassasiya protesti ilə müraciət edib. Ali Məhkəmənin qərarına əsasən, prokurorun verdiyi protest təmin edilib. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarı iləprokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilib. M.Quluzadənin 14 il müddətinə azadlıqdan mərhumetmə cəzası 1 il artırılaraq 15 ilə qaldırılıb.

Qeyd: Qətlə yetirilən F.İsmayılovun 3 qardaşı olub. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovdur. 4 qardaşdan ikisi qətlə yetirilib.

Paylaş

Xəbər lenti

Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davanın yeni görüntüləri Bu gün, 10:48 Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu Bu gün, 10:48 Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub Bu gün, 10:48 Azərbaycanlı gənc müğənni "Eurovision Song Contest Asia"nin açılışında çıxış edəcək Bu gün, 10:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bütün növ əmək pensiyaları artacaq Bu gün, 10:48 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal Bu gün, 10:48 Aygün Kazımova Zeytun Festivalının bağlanışında çıxış etdi Bu gün, 10:48 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb Bu gün, 10:48 Lula da Silva yenidən Braziliya prezidenti oldu Bu gün, 09:48 Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? Bu gün, 09:48 Uşaqlara zorakılıq, küçələrdə təhlükə: Məsuliyyətsizlik haradan başlayır? Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır Bu gün, 09:48 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı Bu gün, 09:48 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib Bu gün, 09:48 Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 09:48 U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək Bu gün, 08:48 Bakıda iki rayonda qaz olmayacaq Bu gün, 08:48 Həftənin ilk günü paytaxtın bu yollarında sıxlıq yaranıb Bu gün, 08:48 Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? Bu gün, 08:48 Özünü axmaq kimi göstərən dahi: Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi? Bu gün, 08:48 Tibb işçilərinin maaşına 25 faizədək əlavə: Hansı şəxslərə şamil olunacaq? Bu gün, 08:48 Xırdalanda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" Bu gün, 08:48 Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR