Bu gün, 22:48 57

Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

Azərbaycanda buğda istehsalına milyonlarla manat dövlət dəstəyi göstərilir, məhsuldarlıq artırılır, yeni subsidiya mexanizmləri tətbiq olunur. Buna baxmayaraq, ölkənin buğda idxalına ehtiyacı azalmaq əvəzinə artır. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 841.7 min ton buğda idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.8% çoxdur. Beş il ərzində buğda istehsalına 548 milyon manat əkin və məhsul subsidiyası ödənilib, 2025-ci ildə isə buğda üzrə özünütəminetmə səviyyəsi 55.4% təşkil edib. Bəs dövlət dəstəyi niyə idxaldan asılılığı azaltmağa kifayət etmir?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

"Məhsuldarlıq artır"

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğda istehsalına dövlət dəstəyinin əsas məqsədi yerli istehsalçının dəstəklənməsi, məhsuldarlığın artırılması və müasir istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsidir: "Bu istiqamətdə müəyyən artım da var. 2026-cı ildə buğda üzrə məhsuldarlıq 2021-ci illə müqayisədə 10.3%, 2025-ci illə müqayisədə isə 8.4% artaraq hektardan 36.3 sentnerə çatıb. Bu il buğda əkin sahəsi 460.5 min hektar, istehsal isə 1 milyon 605.3 min ton təşkil edib. Lakin əkin sahələrinin azalması fonunda buğda idxalı artıb. 2026-cı ilin yanvar-avqust aylarında idxal 841.7 min ton olub. Buğda strateji ərzaq məhsulu olduğundan, idxal daxili bazarda mövcud tələbatın tam və fasiləsiz təmin edilməsinə xidmət edir".

Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

"Dövlət dəstəyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür"

Nazirlikdən bildirilib ki, yerli istehsalın daxili tələbatın ödənilməsində payının artırılması üçün məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi, sertifikatlı toxumdan istifadənin təşviqi, torpaqların konsolidasiyası və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür: "Bu məqsədlə 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqramda buğda istehsalı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib. Buğda istehsalı üzrə ixtisaslaşmış rayonlarda məhsuldarlığın 50 sentner/hektara çatdırılması, ölkə üzrə buğda istehsalının isə 20% artırılması nəzərdə tutulur. Bundan başqa, Qəbələ və Salyanda 20 min hektar sahədə torpaqların konsolidasiyası, təsərrüfatdaxili suvarma şəbəkəsinin qurulması, kadastr xəritələrinin yenilənməsi və su resurslarından istifadənin daha effektiv idarə olunması ilə bağlı pilot model tətbiq edilir".

Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

Yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

Həmçinin bildirilib ki, 2027-ci il üçün yeni dövlət dəstəyi mexanizmlərində müasir suvarmadan istifadə edən fermerlərə daha yüksək subsidiya nəzərdə tutulub: "22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə 400 AZN/ha, ənənəvi suvarma və dəmyə şəraitində taxıl əkinlərinə isə 200 AZN/ha subsidiya ödəniləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl lazer hamarlama tətbiq edən fermerlərə ilk il əkin subsidiyasına əlavə olaraq 250 AZN/ha ödəniləcək. Eyni zamanda, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən fermerlərin əkin subsidiyası 50% azaldılacaq. 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək".

Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

"Subsidiya təkbaşına kifayət etmir"

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, buğda idxalının 10.8% artmasını yalnız daxili istehsalın tələbatı ödəməməsi ilə izah etmək olmaz: "Burada daxili tələbatın strukturu, ərzaqlıq və yemlik buğdaya ehtiyac, eləcə də bazarın keyfiyyət tələbləri nəzərə alınmalıdır. Bununla belə, 841.7 min ton buğdanın idxal edilməsi və bu göstəricinin bir il ərzində 81. min ton artması daxili istehsalın məhsuldarlığı və rəqabət qabiliyyəti məsələsini gündəmdə saxlayır".

Ekspert hesab edir ki, buğdaya subsidiya verilməsi avtomatik olaraq idxalın azalması demək deyil: "Subsidiya istehsalçının xərclərinin müəyyən hissəsini kompensasiya edir və istehsala stimul yaradır. Lakin fermerin qərarına toxum, gübrə, yanacaq, suvarma, texnika, əmək və digər xərclərin səviyyəsi, eləcə də məhsulun satış qiyməti də təsir göstərir. Əgər bir hektardan əldə olunan məhsuldarlıq aşağıdırsa, subsidiya olsa belə, fermer üçün istehsalın iqtisadi səmərəliliyi kifayət qədər yüksək olmaya bilər. Əsas məsələ subsidiya ilə real məhsuldarlıq və fermerin gəlirliliyi arasında əlaqənin qurulmasıdır".

Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

"Problem yalnız suvarmada deyil"

N.Əzizlinin fikrincə, Azərbaycanda buğda istehsalındakı problem bir amillə məhdudlaşmır: "Su təminatı, torpağın münbitliyi, keyfiyyətli toxum, düzgün gübrələmə, aqrotexniki tədbirlərin vaxtında aparılması və istehsal xərclərinin optimallaşdırılması bir-biri ilə bağlı məsələlərdir. Xüsusilə su təminatının zəif olduğu ərazilərdə yüksək məhsuldarlığa nail olmaq çətindir. Torpağın aqrokimyəvi xüsusiyyətləri nəzərə alınmadan aparılan gübrələmə isə həm iqtisadi baxımdan səmərəsiz ola, həm də torpağın münbitliyinə uzunmüddətli təsir göstərə bilər. Buna görə də buğda istehsalında torpaq analizləri və elmi əsaslandırılmış gübrələmə sistemi daha geniş tətbiq edilməlidir. Keyfiyyətli toxum da məhsuldarlığın əsas şərtlərindən biridir. Burada yalnız toxumun miqdarı deyil, onun genetik potensialı, sertifikatlaşdırılması və konkret torpaq-iqlim şəraitinə uyğunluğu əhəmiyyət daşıyır. 2026-cı ildən sertifikatlı toxum istifadəsinə dair tələblərin sərtləşdirilməsi bu istiqamətdə atılan addımlardan biridir. Eyni zamanda, yerli toxumçuluğun inkişaf etdirilməsi də əhəmiyyətlidir".

N.Əzizlinin fikrincə, buğda üzrə əsas hədəf sadəcə "daha çox əkin" deyil, "daha məhsuldar və daha səmərəli əkin" olmalıdır. Xaricdən buğda asılılığını azaltmaq üçün isə yalnız subsidiyaya deyil, bütöv istehsal zəncirinə diqqət yetirmək lazımdır.

Paylaş

Xəbər lenti

"Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Bu gün, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Bu gün, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Bu gün, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Bu gün, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Bu gün, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Bu gün, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Bu gün, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Bu gün, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Bu gün, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Bu gün, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Bu gün, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Bu gün, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Bu gün, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Bu gün, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Bu gün, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Bu gün, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Bu gün, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Bu gün, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Bu gün, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Bu gün, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Bu gün, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Bu gün, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Bu gün, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Bu gün, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Bu gün, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Bu gün, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Bu gün, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Bu gün, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Bu gün, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Bu gün, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Bu gün, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Bu gün, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Bu gün, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Bu gün, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Bu gün, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Bu gün, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Bu gün, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Bu gün, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Bu gün, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Bu gün, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Bu gün, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Bu gün, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Bu gün, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Bu gün, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Bu gün, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Bu gün, 11:48 Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR