Dünən, 23:48 69

"Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya". XII Bakı Beynəlxalq Kitab Sərgisinin builki şüarı belədir. Kitabın ekranlardan üstünlüyünə, mütaliənin əhəmiyyətinə diqqət çəkən bu çağırış fonunda isə bir sual yaranır: sərgi insanları kitaba nə dərəcədə yaxınlaşdıra bilir? Bakı Ekspo Mərkəzində nəşriyyatlar, yazıçılar və oxucular bir araya gəlsə də, tədbirin ədəbiyyatımıza töhfəsi, ziyarətçilərin marağı və müasir müəlliflərə dəstək məsələsində fikirlər müxtəlifdir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Yazıçı və şairlər arasında rəqabət canlanıb

Yazıçı-dramaturq Elçin Hüseynbəyli kitab sərgisində ötən illərlə müqayisədə canlanma hiss etdiyini bildirir. Onun sözlərinə görə, builki sərgi həm xarici qonaqların, həm də nəşriyyatların sayına görə daha zəngindir: "Bu cür tədbirlər kitaba marağın artmasına və nəşriyyatların fəaliyyətinin stimullaşdırılmasına müsbət təsir göstərir. Elə insanlar var ki, heç yerə çıxmırlar, amma kitab adı gələndə sərgi salonlarında istirahət edir, vaxtlarını maraqlı keçirirlər. Bu baxımdan da kitab sərgisi oxucuları cəlb edir". E.Hüseynbəyli Mədəniyyət Nazirliyinin "Öz yazarını seç" layihəsini də ədəbiyyata marağın artması, eləcə də yazıçı və şairlər arasında müzakirə və rəqabətin canlanması baxımından əhəmiyyətli olduğunu qeyd edir: "İnsanlar bu layihədə də fəal iştirak edirlər. Deməli, kitabı, dinamikanı izləyirlər".

"Kitab qurdları"nın sayı artmayıb"

Tanınmış şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs kitab sərgisinə marağın arzulanan səviyyədə olmadığı fikrindədir: "Sərgiyə maraq bizim istədiyimiz səviyyədə deyil. Ümumiyyətlə, kitaba, sərgiyə marağımız da istədiyimiz səviyyədə deyil. Ötən illərlə müqayisədə dəyişən təqvimin rəqəmləridir, kitab satanlar da, alanlar da eynidir. "Kitab qurdları"nın da sayı artmayıb. Qarşıda görməli olduğumuz çox iş var. Amma hər halda, kitaba maraq yaratmaq üçün mütləq kitab sərgisi keçirmək lazımdır. Nə yaxşı ki, bunu edirlər..." Şair mövcud vəziyyətə baxmayaraq, gənclərin kitaba marağını müsbət qiymətləndirir:

"Sevindiricidir ki, hazırkı durğun vəziyyətə baxanda kitabı, mütaliəni sevən, ən azı onunla şəkil çəkdirmək istəyən, öz ədəbiyyatını oxumaq istəməsə də, xarici ədəbiyyata meyil edən kifayət qədər gənc var. Bu da mənim xoşuma gəlir". Qulu Ağsəs kitab sərgilərinin daha tez-tez keçirilməsini və ölkədə mütaliəyəyə marağın artmasını istəyir: "Mən öz növbəmdə yeni çapdan çıxan və bazar günü imza günü keçiriləcək "Saat 6-nı gözləyirəm" esselər kitabımın təqdimatına oxucuların maraq göstərməsini arzulayıram!"

"Əsas oxucu auditoriyamız 18-27 yaş arası gənclərdir"

Milli Kitab Mükafatının təsisçisi, sahibkar Nigar Köçərli sərgidə nəşriyyatların və kitab satışı ilə məşğul olan müəssisələrin sayında artım olduğunu bildirir. Bununla belə, o, ölkədə kitab mağazalarının sayını yetərli hesab etmir: "Nəşriyyat və kitab satışı sahəsindəki artımı ilk növbədə kitabın üzərinə qoyulan əlavə dəyər vergisinin (ƏDV) ləğvi ilə əlaqələndirirəm. Amma yenə də ümumi vəziyyətlə razı deyiləm. Dünya ölkələrinə nəzər salsaq, bizim ölkəmizdə ən azı 1 500 kitab mağazası olmalıdır. Amma cəmi 50-60 kitab mağazamız var". N.Köçərli sərgiyə oxucuların daha çox maraq göstərməsini arzulayır: "Çox istərdim ki, sərgiyə daha çox adam gəlsin. Dövlət qurumlarının və müxtəlif təşkilatların nümayəndələrinin tədbirə qatılması bizə xoşdur. Ancaq istərdim ki, oxucular daha çox maraq göstərsin". N.Köçərli də sərgidə iştirak edən gənclərin kitaba marağını müsbət qiymətləndirir: "Gənclərin marağı var. Onlarla müqayisədə yaşlı təbəqə kitaba daha az maraq göstərir. Sanki gənclikdə oxuduqları kitablarla kifayətlənirlər. Ancaq mütaliə elə bir şeydir ki, gərək daim həyatında olsun. Bu mənada əsas oxucu auditoriyamız 18-27 yaş arası gənclərdir".

İştirak üçün dəvət alsa da, imtina edib

Şairə, nasir Aysel Əlizadə bir az fərqli mövqedədir. O, sərgidən dəvət alsa da, iştirakdan imtina edib. Hesab edir ki, bu sərgi Azərbaycan ədəbiyyatının və müasir yazıçıların inkişafına ciddi töhfə vermir: "Bu cür tədbirlər əsasən nəşriyyatların kitab satışına imkan yaradır. Bu kimi sərgiləri nəşriyyatlar və mətbu evləri üçün bir neçə gün ərzində daha çox kitab satmaq üçün kiçik imkan kimi görürəm. Ancaq kitab sərgisinin Azərbaycan ədəbiyyatı, xüsusən də müasir yazıçılar üçün hər hansı müsbət təsir, fayda verdiyini düşünmürəm. Sərginin Azərbaycan ədəbiyyatına heç bir töhfəsi yoxdur, yazıçıların həyat şəraitini yaxşılaşdırmır, onları dəbə salmır, dəstəkləmir. Əvvəllər getmişəm, xoşuma gəlməyib. Yazıçılığa faydalılığını da görməmişəm. Mən ancaq orda vaxt itirirəm, enerjim gedir".

A.Əlizadə hesab edir ki, hazırda Azərbaycan ədəbiyyatının populyarlaşmaq üçün başqa formata ehtiyacı var: "Azərbaycan ədəbiyyatı, müasir yazıçıların yaradıcılığının inkişafı, yaradıcılığa dəstəklə bağlı, daha miqyaslı bir fəaliyyət ortada olsa, gedərəm. Amma bunu görmürəm. Bizim yazıçıların başqa formatlara ehtiyacı var. Amma onu da edən yoxdur. Heç kəs bunun üçün pul və enerji xərcləmək istəmir. Buna görə də Azərbaycan ədəbiyyatı da, yazıçısı da yaxşı vəziyyətdə deyil. Bu tədbirlər kustar üsulla keçirilir. Eyni adamlar, eyni çıxışlar olur. Mən bu cür kütləvi tədbirlərin içərisində olmaq istəmirəm".

Paylaş

Xəbər lenti

Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Dünən, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Dünən, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Dünən, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Dünən, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Dünən, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Dünən, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Dünən, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Dünən, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Dünən, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Dünən, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Dünən, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Dünən, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Dünən, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Dünən, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Dünən, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Dünən, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Dünən, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Dünən, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Dünən, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Dünən, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR